Yuxarı

12 avtobusun dayanacaq yeri dəyişdirildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
12 avtobusun dayanacaq yeri dəyişdirildi

Bu gün saat 12:00-dan Tofiq Bəhramov adına Respublika Stadionunun qarşısındakı Nəqliyyat-Mübadilə Mərkəzinə avtobusların girişi məhdudlaşdırılıb.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Axar.az-a verilən məlumata görə, məhdudlaşdırma sabah stadionda keçiriləcək "Qarabağ"-“Şkendiya” oyunu ilə əlaqədardır.

Məlumata görə, xüsusi avtobus zonası oyuna üz tutacaq azarkeşlərin ixtiyarına verilərək onların maneəsiz hərəkətləri təmin olunacaq.

Məhdudiyyətlə əlaqədar 12 müntəzəm marşrut üzrə avtobusların dayanacaq yeri dəyişdirilərək müvəqqəti olaraq “Gənclik Moll” qarşısındakı dayanacaqdan təşkil edilib.

Qeyd edək ki, sabah Bakıda Tofiq Bəhramov adına Respublika Stadionunda UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Qarabağ"-“Şkendiya oyunu keçiriləcək.

Tarix
2025.08.11 / 17:47
Müəllif
Axar.az
Digər xəbərlər

MHP Azərbaycanı təbrik etdi

Azərbaycan, Türkiyə və daha 3 türk ölkəsi razılığa gəldi

Türkiyədən Azərbaycana dəstək aksiyası - Foto

Türkiyə XİN Azərbaycanı təbrik etdi

Mehriban Əliyeva 18 oktyabrla bağlı paylaşım etdi

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla