Yuxarı

Azərbaycanda bu su anbarı qanunsuz zəbt edildi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti (SİMDNX) tərəfindən aparılan nəzarət tədbirləri zamanı “SİRR-M” MMC tərəfindən Viləşçay su anbarından ağır texnikalardan istifadə olunmaqla torpaq və qarışıq suxurun çıxarılması faktı aşkar edilib.

SİMDNX-dan Axar.az-a verilən məlumata görə, araşdırma zamanı müəyyən olunub ki, MMC tərəfindən qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan su anbarının müəyyən hissəsi özbaşına tutulmaqla torpaq və qarışıq suxur qanunsuz olaraq çıxarılıb.

Bildirilir ki, su anbarının balans saxlayıcısı və istismarçısının razılığı və su fondu torpaqları üzərində tikilmiş Viləşçay su anbarının yatağının bir hissəsinin istifadəyə ayrılması ilə bağlı hər hansı qərarı olmadan “SİRR-M” MMC tərəfindən torpaq sahəsinin özbaşına tutulması və Viləşçay su anbarının daxilindən qanunsuz olaraq qum-çınqıl çıxarılması Cinayət Məcəlləsinin 188.1-ci maddəsinin tərkibini yaradır.

Qeyd edilən qanunsuz hərəkətlər Viləşçay su anbarı kimi dövlət əhəmiyyətli hidrotexniki qurğunun istismar qaydalarının pozulmasına gətirib çıxarır, həmçinin qurğunun təhlükəsizliyini risk altına alır.

Bundan əlavə Masallı rayonunu içməli və suvarma suyu, Cəlilabad rayonu isə içməli su ilə təmin edən Viləşçay su anbarının daxilində faydalı qazıntıların götürülməsi zamanı təbii su mühitinə təhlükəli tullantıların axıdılması və ya atılması istisna olunmur ki, bu da suyun keyfiyyətinin pisləşməsinə və insanların həyat və sağlamlığına ciddi təhlükə yarada bilər.

Aşkar edilmiş faktla bağlı toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərilib.

Xidmət hazırda su obyektlərində və onların mühafizə zonasında mövcud qanunvericiliyin tələblərinə riayət edliməsinə nəzarət tədbirlərinin davam etdirildiyini bildirir və vətəndaşlardan bu kimi neqativ hallarla rastlaşdıqda qurumun sosial media hesabları vasitələri ilə məlumat vermələrini xahiş edir.

Tarix
2025.08.12 / 15:02
Müəllif
Axar.az
Digər xəbərlər

Qarabağ sonsuza qədər Azərbaycandır - Ərdoğan

Prezident Gəncədə "Bakı Bus"da - Foto

44 günün görünməyən tərəfləri - Video

Prezident şəhidlərin xatirəsini Gəncədə yad etdi

İlham Əliyev Yevlaxda...

Türkiyə XİN Anım Günü ilə bağlı paylaşım etdi

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi

2020-ci ildə başladığımız Vətən müharibəsi tarixi zərurət idi

Rusiya Şahlar Novruzova qarşı iddia qaldırdı

Bayramovdan sülhlə bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla