Yuxarı

Keçmiş arvadını balta ilə öldürən şəxsə ağır cəza verildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lənkəran Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Füzuli rayon sakini Elsevər Bağırovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Axar.az Oxu.az-a istinadən xəbər verir ki, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə E.Bağırov 18 il azadlıqdan məhrum edilib.

İttihama görə, 1977-ci il təvəllüdlü E.Bağırov keçmiş həyat yoldaşını balta ilə öldürüb. Belə ki, E.Bağırov 2006-cı ildə Füzuli rayonu, Böyük Bəhmənli kənd sakini Dilbər Namazova ilə ailə həyatı qurub və onun bu nikahdan iki övladı dünyaya gəlib.

2018-ci ildə E.Bağırov həyat yoldaşından şübhələnib və aralarında mübahisələr başlanıb. Mübahisələrin sonunda cütlük rəsmən boşanıb və Dilbər iki övladı ilə birlikdə atasının evinə köçüb. Amma buna baxmayaraq, Elsevər yenə də onu rahat buraxmayıb. O, bir müddət qızı Aysevəri himayəsində saxlamağa cəhd etsə də, məhkəmə buna icazə verməyib və qız anası ilə qalıb. O, dəfələrlə qızını görməyə gələrkən onu evinə aparmaq istəsə də, Aysevər bundan imtina edib və anasının himayəsində qalmaq istədiyini deyib.

Çarəsiz qalan Elsevər Dilbərlə barışıb yenidən birlikdə yaşamağa qərar verib. Amma buna baxmayaraq, Elsevər bir müddət sonra yenidən evdə mübahisələr yaradıb, Dilbər Namazovanın yad kişi ilə sevgili olduğunu deyib.

Füzuli Rayon Mərkəzi Xəstəxanasında tibb bacısı işləyən D.Namazova 2023-cü ildə yenidən Elsevərdən ayrılıb və atasının evinə qayıdıb. Həmin vaxtdan etibarən o, Elsevərlə əlaqəni kəsib. Lakin Elsevər tez-tez xəstəxanaya gələrək onunla mübahisə edib, onu öldürəcəyini bildirib. Dilbər Namazova bununla bağlı polisə məlumat verib. Füzuli Rayon Polis Şöbəsinin (RP,) əməkdaşları Elsevər Bağırovu bir neçə dəfə polisə dəvət edərək, onunla profilaktik söhbətlər aparıb, D.Namazovaya mane olmamağı tapşırıblar.

Sonuncu dəfə Elsevər Bağırov Dilbərin işlədiyi xəstəxananın laboratoriya şöbəsinə gələrək qan analizi vermək istədiyini deyib. Ondan analiz götürüləndən sonra Elsevər xəstəxananın inzibati binasında həkimlərlə mübahisə edib oradan çıxıb. Axşam saatlarında Dilbər Namazova iş yoldaşı Şəhla ilə işdən çıxarkən pilləkəndə Elsevəri görüb. O, Elsevərə fikir vermədən pilləkənləri enib iş yoldaşının avtomobilinə tərəf gedib. Elə bu vaxt Elsevər üzərində gizlətdiyi baltanı çıxararaq arxadan Dilbər Namazovaya hücum edib. O, Dilbərə əlindəki balta ilə bir neçə zərbə endirərək yerə yıxıb. Ətrafdakı insanlar və xəstəxana mühafizəçilərinin səyi nəticəsində Elsevərin əlindəki balta alınıb və özü də hadisə yerindən uzaqlaşdırılıb.

Füzuli RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində E.Bağırov saxlanılıb, fakta görə cinayət işi başlanıb.

Hadisə nəticəsində ağır xəsarətlər alan Dilbər Namazova xəstəxanaya yerləşdirilsə də, sonradan xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı cinayət işinin istintaqı yekunlaşaraq məhkəməyə göndərilib.

Tarix
2025.08.14 / 17:58
Müəllif
Axar.az
Digər xəbərlər

Alyaska görüşü: Masada qəhrəman Ukrayna əsgəri olacaq

Zəngəzurla bağlı ikinci sənəd: Zəmanəti bu ölkə verir...

Ermənilərin Qarabağa qayıtması: İrəvandan açıqlama...

Ordumuz Pakistanda: Qalib hərbçiləri qarşılayın - Video

Müharibə İrana dərs olmadı, İrəvanın işinə qarışdı

Suriya Laricaninin təyyarəsini buraxmadı

Pakistan səfiri: Bu, Əliyevin sayəsində mümkün oldu

İlham Əliyev AB Şurasının prezidenti ilə danışdı

Rusiya Zəngəzurda olmayacaq, İran isə... - Marqaryan

Paşinyan Bakının bu tələbini qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla