Yuxarı

Bakı metrosundan açıqlama: 4-5 ay çəkəcək... - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı metrosundan açıqlama: 4-5 ay çəkəcək... - Video

Bakı Metropoliteni QSC-nin “Cəfər Cabbarlı–Nizami” mənzilini birləşdirəcək 200 metrə yaxın tunelin inşası üçün hazırlıq işləri 4-5 ay davam edəcək.

Bu barədə Axar.az-a səhmdar cəmiyyətindən bildirilib.

Məlumata əsasən, hazırlıq işləri çərçivəsində “28 May” stansiyası ətrafında iki ərazidə şaxtalar qazılacaq. Tikinti meydançalarından biri stansiyanın qarşısında, digəri isə arxa hissəsində - Süleyman Rəhimov və Mirəli Qaşqay küçələrinin kəsişməsindəki avtomobil parklanma sahəsində yerləşir.

Ərazi təhlükəsizlik norma və qaydalarına riayət olunmaqla hazırlanacaq, bütün müasir standartlarla çətin geoloji şəraitdə diametri 12 metrə yaxın olan şaxtaların qazıntısı başlanılacaq. Dərinliyi 30 metrdən çox olan şaxtalar lazımı dərinliyə çatdıqdan sonra əsas tunellərə doğru kiçik həcmdə yanaşma tunelləri qazılacaq. Bununla da şaxtaların qazılma prosesi yekunlaşacaq. Qeyd olunan proses təxminən 4-5 ay müddətində davam edəcək və metropolitendə hərəkətin normal təşkilinə heç bir maneə yaratmayacaq. Sərnişinlər metrodan indiyə qədər olan intervalla istifadəni davam etdirəcəklər. Əlavə olaraq, aparılan qazma işləri ərazidə olan avtobusların hərəkətinə və dəmir yolu vağzalının iş qrafikinə heç bir təsir göstərməyəcək.

Tarix
2025.08.15 / 10:35
Müəllif
Axar.az
Digər xəbərlər

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla