Türkiyənin məşhur müğənnisi Bakıda
01:14
Ana səhifə Toplum |
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə icra olunan "Mesaj" layihəsinin Gəncə və Mingəçevir şəhərlərində təqdimatı keçirilib.
Bu barədə "Axar.az"a layihənin rəhbəri Rövşən Nəcəfov məlumat verdi.
O, bildirdi ki, təqdimat zamanı gənclərə "Mesaj" adlı video-çarx nümayiş etdirilib və eyni adlı kitab gənclərə paylanılıb.
Daha sonra QHT nümayəndlərinin, xüsusən gənclərin iştirak ilə ictimai müzakirələr təşkil olunub.
"Mesaj" layihəsi "Mənim təhsilim, mənim gələcəyim" kampaniyası çərçivəsində icra edilir.
Layihə bundan sonra Quba və Xaçmaz regionlarına səfər edəcək. Yekun tədbir Bakı şəhərində baş tutacaq.
Tarix
2014.02.26 / 12:44
|
Müəllif
Tural Qurbanlı
|