Yuxarı

Bakıda sex yandı - Yenilənib

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda sex yandı - Yenilənib

12:53

Bakıda sexdə yanğın baş verib.

"Axar.az" APA-ya istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən verilən məlumata görə, hadisə Binəqədi rayonu, Dərnəgül qəsəbəsində yerləşən Bakı Yükdaşıma Nəqliyyatı İdarəsinin ərazisindəki sexdə meydana gəlib. Hadisə yerinə FHN-in yanğınsöndürənləri cəlb edilib.

Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

13:32

Binəqədi rayonunun Dərnəgül qəsəbəsində yerləşən Bakı Yükdaşıma Nəqliyyatı İdarəsinin ərazisindəki sexdə baş verən yanğın söndürülüb.

"Axar.az"ın APA-ya istinadən verdiyi məlumata görə, yanğın Heydər Hüseynov küçəsi 30/95 ünvanında yerləşən taxta sexində başlayıb.

Dam örtüyü 20 kvadratmetr sahədə yanıb. Yanğının qısaqapanmadan baş verdiyi ehtimal olunur.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Xəsarət alan olmayıb.

Tarix
2014.02.26 / 13:32
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğanın Şuşada bəyanatı: Onlara xəbərdarlıq edildi!

Rusiya mediası Əliyevin bu çıxışından yazır

Bu, dosta və düşmənə mesaj oldu - Binəli Yıldırım

Bayrağımız canımızdır, ürəyimizdir - İlham Əliyev

8 Noyabr onun günüdür...

Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdı

Ərdoğandan Zəfər Günü ilə bağlı növbəti paylaşım - Video

Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verildi

Prezidentlər və xanımları hərbçilərlə görüşdü

Prezidentlər Xocalı Soyqırım Memorialını ziyarət etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla