Yuxarı

Mətbuatımızın heç kimdən asılılığı yoxdur - Amaşov

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mətbuatımızın heç kimdən asılılığı yoxdur - Amaşov

Azərbaycan mətbuatının çox möhkəm maddi-texniki bazası var. Dövlətimizin diqqət və qayğısı nəticəsində yaranmış bu möhkəm baza istər iqtidaryönümlü, istərsə də müxalifət qəzetlərinə, informasiya portallarına tam azad, sərbəst fəaliyyət göstərməyə geniş imkanlar yaradır.

Bu sözləri Report-a müsahibəsində Azərbaycan Mətbuat Şurasının (MŞ) sədri, Milli Məclisin deputatı Əflatun Amaşov söyləyib.

O deyib ki, bu gün Azərbaycan mətbuatı – qəzet və jurnallar, televiziya və radiolar, informasiya portalları, sosial şəbəkələr ölkə əhalisini həm daxildə, həm də xaricdə baş verən hadisələrlə operativ məlumatlandırır. Ölkə əhalisinin 70 faizdən çoxu internetdən istifadə edir.

MŞ sədri deyib: "Azərbaycan mətbuatının heç kimdən asılılığı yoxdur. Milli mətbuatımız ölkədə baş verən hadisələrin dünya ictimaiyyətinə çatdırılmasında da mühüm rol oynayır. Biz bunun şahidiyik və dünya ictimaiyyəti də bunu təsdiq edə bilər".

Ə.Amaşovun sözlərinə görə, Azərbaycan milli mətbuatının bugünkü durumu, ölkəmizdəki söz, mətbuat və fikir ifadə azadlığı barədə Tbilisidə keçirilən Cənubi Qafqaz ölkələri mediasının 13-cü konfransında da məlumat verilib. Konfrans iştirakçıları Azərbaycan mətbuatının inkişafı, güclü maddi-texniki bazaya malik olmaları barədə məlumatlardan razı qalıblar.

Tarix
2016.07.09 / 21:12
Müəllif
Axar.az
Digər xəbərlər

Rəsmi Bakı Anım Günü ilə bağlı bəyanat yaydı

Bayramov ABŞ-da 37 görüş keçirdi, 17 sənəd imzaladı

İlham Əliyevin Anım Günü ilə bağlı paylaşımı

Türkiyədə Azərbaycanı düşmən sayanların sayı... - Nə baş verir?

Türk fenomen Azərbaycanı qınayanları susdurdu - Video

İlham Əliyevin Formula-1-lə bağlı paylaşımı - Video

Keçmiş deputat vəzifədən azad edildi

Biz bu sistemə sadiq qalırıq - Ceyhun Bayramov

İlham Əliyev bu tədbirdə iştirak etdi - Video

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla