Yuxarı

Videosu yayılan şöbə müdirinin stomatoloq oğlu həbs edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Videosu yayılan şöbə müdirinin stomatoloq oğlu həbs edildi

10:46

Beyləqan Rayon Mərkəzi Xəstəxanasının sabiq şöbə müdirinin oğlu, həkim-stomatoloq Fuad Quliyev cinayət məsuliyyətinə cəlb edilib.

Axar.az Oxu.az-a istinadla xəbər verir ki, o, müxtəlif şəxslərin etibarından sui-istifadə edərək pul vəsaitlərini ələ keçirməkdə təqsirləndirilir.

Onun rayonda stomatoloji xidmət göstərəcəyi adı ilə ayrı-ayrı şəxslərin 4.500, 4.000, 2.600, 800 və 600 manat məbləğlərində pul vəsaitlərini ələ keçirməsi məlum olub.

DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə vətəndaşlar tərəfindən daxil olan müraciətlər əsasında F.Quliyev barəsində Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə cinayət işi başlanıb və məhkəmə qərarı ilə həbs olunub.

Fakt üzrə istintaq tədbirləri davam etdirilir.

Xatırladaq ki, Beyləqan Rayon Mərkəzi Xəstəxanasının sabiq şöbə müdiri Fəxrəddin Quliyev bir müddət əvvəl iş yerində qeyri-etik görüntüləri ilə gündəmə gəlmişdi.

Tarix
2025.09.02 / 11:02
Müəllif
Axar.az
Digər xəbərlər

TDT müdafiə sənayesi rəhbərləri Bakıda görüşdülər

Putin: İlham Əliyevlə bu mövzuda danışıram - Video

Mandatı alındı, vəzifədən çıxarılır: Abdullayev niyə vuruldu?

Həsənov, Gülər və Çikovani Şuşada... - Foto

Britaniya səfiri İran XİN-ə çağırıldı

Ermənistan büdcəsi 1,4 milyard dollar artır

Yaşar Gülər Xocavənddə - Video

İlham Əliyev Szinpini təbrik etdi

Media savadlılığının artırılması... - İlham Əliyev

Prezident medianın ictimai rəyə təsirindən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla