Yuxarı

Ayfon-17-nin qiyməti açıqlandı: baha olacaq...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ayfon-17-nin qiyməti açıqlandı: baha olacaq...

“TrеndForce” analitik şirkəti Ayfon-17 və Ayfon-17 Pro Maks modelləri üçün əhəmiyyətli qiymət artımı proqnozlaşdırır.

Axar.az xəbər verir ki, hesabata görə, Ayfon-17 Pronun başlanğıc qiyməti sələfi ilə müqayisədə 200 dollar artacaq.

Ayfon-17-nin baza modeli 799 dollarlıq başlanğıc qiymətini və 128 GB daxili yaddaşı saxlayacaq. Bununla belə, Ayfon-17 Pro və Ayfon-17 Pro Maksın qiyməti fərqli olacaq. Hər iki modelin baza versiyası indi 256 GB daxili yaddaşla təchiz olunacaq.

Ayfon-17 Pro 1199 dollara başa gələcək ki, bu da 128 GB-lıq versiya üçün 999 dollardan başlayan Ayfon-16 Prodan 200 dollar bahadır.

512 GB və ya 1 TB yaddaşa malik Pro modelləri almaq istəyənlər oxşar konfiqurasiyalar üçün keçən illə müqayisədə 100 dollar çox ödəməli olacaqlar. 1 TB yaddaşa malik ən yüksək səviyyəli Ayfon-17 Pro Maks 1699 dollara başa gələcək (sələfindən 100 dollar baha).

Tarix
2025.09.06 / 00:11
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan niyə Trampın Sülh Şurasına qoşuldu? - 4 səbəb

Tramp işğala hazırlaşır - Putin yardım edəcək?

İlham Əliyev İsrail prezidenti ilə görüşdü - Foto

SOCAR Türkiyədə bu hava limanını qazla təmin edəcək

İlham Əliyevdən Trampa: Dəvəti qəbul edirəm...

Tramp İlham Əliyevə məktub göndərdi

Məşhur amerikalı analitikdən Əliyevlə bağlı möhtəşəm sözlər

İlham Əliyev Davosda Adrian Makdonaldla görüşdü - Foto

İlham Əliyev Davosda Çexiyanın baş naziri ilə görüşdü

Prezident Davosda Konnor Teski ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla