Yuxarı

Putinin partiyasından Asif Məmmədova inanılmaz jest

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Putinin partiyasından Asif Məmmədova inanılmaz jest

İllərdir Rusiya ərazisində Azərbaycan diaspor təşkilatlarının rəhbərləri müxtəlif təzyiqlərə, həbs və deportasiyalara məruz qalırdı.

Axar.az Musavat.com-a istinadən xəbər verir ki, ancaq ilk dəfə olaraq tam əksinə bir fakt qeydə alınıb: İvanovo vilayəti Azərbaycan diasporunun rəhbəri Asif Abilfət oğlu Məmmədov Vahid Rusiya Partiyasının siyahısı ilə deputatlığa namizəd göstərilib.

Məlumata görə, 14 sentyabr 2025-ci ildə İvanovo vilayətində bələdiyyə seçkiləri keçiriləcək. Artıq may ayında “Vahid Rusiya” öz praymeriz seçkilərini keçirərək siyahıları təsdiqləyib. Həmin siyahıda Asif Məmmədovun adı rəsmi olaraq yerləşdirilib və bu, demək olar ki, mandatın təmin olunması anlamına gəlir.

Namizəd kartında Məmmədovun iş yeri “Revis” ASC göstərilib. Şirkətin fəaliyyəti faktiki olaraq dayanmış görünsə də, Məmmədov həm “Vendor” MMC, həm də “Titul-M” MMC şirkətlərinin direktoru kimi qeyd olunur. Bundan əlavə, o, İvanovo vilayəti Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti İctimai Təşkilatına rəhbərlik edir.

Beləliklə, yalnız bir həftə sonra İvanovo vilayətində Azərbaycan diasporunun rəhbəri deputat mandatı qazanacaq.

Bu hadisə həm Rusiya-Azərbaycan münasibətlərinin, həm də diasporun statusunun gələcək gedişatında mühüm dönüş kimi də dəyərləndirilir.

Tarix
2025.09.07 / 20:13
Müəllif
Axar.az
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla