Yuxarı

Pəncərədən özümü atanda azan səsi gəldi... - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Pəncərədən özümü atanda azan səsi gəldi... - Video

Dözə bilmirdim ağrılara, hətta bir gün ailəmə məktub yazıb, halallaşmışdım. Ayağımı stula qoyub, özümü pəncərədən atdığım an yaxınlıqdakı məsciddən azan səsi gəldi. Sanki bir nəfər məni tutdu və arxaya çəkdi.

Axar.az xəbər verir ki, bu sözləri Axar TV-yə həyat hekayəsini danışan Nərgiz Paşazadə deyib.

Nərgiz Paşazadə müsahibəsi zamanı bildirib ki, özümə-gözümə, saçlarıma çox aşiq idim:

“Ancaq dörd il öncə süd vəzi xərçəngi üzə çıxandan sonra çox ağır əməliyyat keçirib, müalicələr almalı oldum. Saçlarım sürətlə töküldü. Təəssüf ki, mən xərçəngə qalib gəldiyimi dediyim anda ikinci dəfə xəstəlik aşkarlandı. Həmin zamanlarda başımı yastıqdan qaldıranda saçımı yastığın üzərində görüb dəli olurdum. Ancaq vaxt keçdikcə xəstəliklə bacı oldum, hətta aldığım kimyaterapiyaları əzizləyirdim.

Həmişə bir yerdə olduğum rəfiqələrim məndən xəstəliyimə görə uzaqlaşmışdı. Hətta xatırlayıram, ətrafımdan olan xanımlardan biri digərinə olduqları məkana məni də dəvət etməyi təklif etmişdi. Həmin yaxınım da “biz o keçəli neynirik?” deyə cavab vermişdi. Ancaq mən ikinci dəfə xəstəliyə qalib gəldikdə hamısı yenidən mənlə yaxın rəfiqə olmağa başladı”.

N.Paşazadə bütün çətinliklərə rəğmən xərçəngə necə qalib gəldiyindən, ətrafındakı dostlarından və həyata olan inamından danışıb.

Daha ətraflı videoda:

Tarix
2025.09.11 / 23:58
Müəllif
Ləman Cavadova
Digər xəbərlər

Köçəryan İranı Paşinyanı devirməyə çağırdı: Kremldən təlimat

Ermənistan əvvəllər bizim deyildi... - Paşinyan

ABŞ səfirliyi "Qarabağ"ı təbrik etdi

Azərbaycan infrastrukturundan istifadə etmək... - Paşinyan

95%-lə qələbə: Trampa qarşı “mavi sunami” olacaq!

Cekson-Venik düzəlişi Azərbaycanın üzərindən qaldırıla bilər

Bəlkə də yaxın 10-20 ildə bir də bu tarixi yaşamayacağıq…

Britaniya səfirindən "Qarabağ"la bağlı paylaşım: Qürurvericidir

AB və Azərbaycan arasında mühüm müzakirə

Bakı bu ölkənin vətəndaşları üçün vizasız rejim təklif etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla