Yuxarı

Sabah 36 dərəcə isti olacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sabah 36 dərəcə isti olacaq

Bakıda və Abşeron yarmadasında sabah havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Axar.az-a verilən məlumata görə, axşam yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-25 dərəcə isti, gündüz 31-36 dərəcə isti, Bakıda gecə 22-24 isti, gündüz 33-35 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 40-50 % təşkil edəcək.

Azərbaycanın rayonlarında iyulun 16-da hava əsasən yağmursuz, lakin səhər və axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 19-24 dərəcə isti, gündüz 33-38 dərəcə isti, dağlarda gecə 11-16 dərəcə isti, gündüz 22-27 dərəcə isti olacaq.

Yaxın iki gündə Abşeron yarımadasında günorta saatlarında isti temperatur diskonfortu meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 20-21°, Buzovna, Mərdəkan, Şüvəlanda 22-23°, Türkan, Hövsan, Sahil, Şıxda 24-25° isti olacağı gözlənilir.

Tarix
2016.07.15 / 13:10
Müəllif
Aytac Qədirova
Digər xəbərlər

Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdı

Ərdoğandan Zəfər Günü ilə bağlı növbəti paylaşım - Video

Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verildi

Prezidentlər və xanımları hərbçilərlə görüşdü

Prezidentlər Xocalı Soyqırım Memorialını ziyarət etdilər

Prezidentin səhifəsində Ərdoğanla bu fotosu paylaşıldı

İlham Əliyev Türkiyəyə səfər edəcək

Ərdoğanın sevdiyi mahnı Xankəndidə səsləndirildi - Video

İlham Əliyevlə Ərdoğanın birgə mətbuat konfransı - Video

Ərdoğan Zəfər Günü ilə əlaqədar paylaşım etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla