Yuxarı

“Avrora Qrup” məktəbliləri belə sevindirdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Avrora Qrup” məktəbliləri belə sevindirdi

Ölkəmizdə təhsilin inkişafı və məktəbli uşaqların elmə həvəsləndirilməsi üçün daim əməli addımlar atan “Avrora Qrup”, bu il də ənənəsini davam etdirərək “Böyük Dayaq” İctimai Birliyi ilə birgə sosial layihəsini uğurla həyata keçirib.

Layihə çərçivəsində Qəbələ rayonunun ucqar kəndlərində yaşayan aztəminatlı, şəhid və qazi ailələrinin övladları məktəbli forması, çanta, ayaqqabı və dərs ləvazimatları ilə təmin olunub. Layihə Daşca, Zarağan, Xırxatala, Bayramkoxalı, Böyük Əmili və Mamaylı kəndlərinin şagirdlərini əhatə edib.

Bundan əlavə, Avrora Qrup “Böyük Dayaq” İctimai Birliyi ilə birlikdə kənd məktəblərində şagirdlərin valideynləri üçün maarifləndirici təlim həyata keçirib. “Qız uşaqları təhsildən yayınmasın” mövzusunda keçirilən 3 mərhələli maarifləndirici təlim proqramı uğurla başa çatıb və iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

“Avrora Qrup” 2025-ci il üçün “Korporativ Sosial Məsuliyyət Proqramı”nda uşaqlara xüsusi yer ayırıb. İl boyu keçirilən sosial layihələrin əsas məqsədi uşaqların üzündə təbəssüm yaratmaq, onların yanında olmaq və müxtəlif istiqamətlərdə dəstək göstərməkdir.

Uşaqlar bizim gələcəyimizdir və onların təbəssümü bizim üçün ən böyük dəyərdir.

Tarix
2025.09.15 / 15:47
Müəllif
Axar.az
Digər xəbərlər

Həlak olan hərbçimizlə bağlı yayılan video…

Naxçıvanın keçmiş rəhbərindən şok: Parlamentdə şortla...

Xəzər geri çəkilir: Azərbaycanı gözləyən 10 böyük təhlükə

Şövkət Mirziyayev Mikayıl Cabbarovu qəbul etdi

Mustafayevlə Overçuk sentyabrda görüşəcək

Vətən müharibəsi yeni reallıqlar yaradıb - Bayramov

Azərbaycan və Rusiya arasında sənəd imzalandı

Rusiya ilə birbaşa uçuşların bərpası planlaşdırılır

Azərbaycanla Rusiya mürəkkəb mərhələni geridə qoydu

AZAL qəzası ilə bağlı bütün məsələlər... - Lavrov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla