Yuxarı

Gəncədə neçə avtobus “Bakı Bus”a verilib?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gəncədə neçə avtobus “Bakı Bus”a verilib?

Bakı Bus MMC Gəncə şəhərində 18 mövcud və 2 yeni marşrut xətti üzrə fəaliyyət göstərəcək.

Axar.az xəbər verir ki, bunu Prezidentin izi ilə Bakı Bus MMC-nin Gəncə Avtoparkına təşkil edilən mediatur çərçivəsində jurnalistlərə açıqlamasında qurumun sözçüsü Əsmər Əliyeva deyib.

Onun sözlərinə görə, Gəncədə fəaliyyət göstərən bütün avtobuslarda gedişhaqqını müxtəlif üsullarla ödəmək mümkündür:

"Ümumi sahəsi 10 hektar olan Bakı Bus MMC-nin Gəncə Avtoparkında texniki baxış və təmir postları, avtomatlaşdırılmış uçot sistemli yanacaq təsərrüfatı, saatda 60 avtobusun yuyulması gücünə malik kompleks inşa edilib. Avtobus parkının yaradılması ilə 675 nəfər işlə təmin olunub. Bakı Bus MMC Gəncə şəhərində 18 mövcud və 2 yeni marşrut xətti üzrə fəaliyyət göstərəcək. Şəhərə yüksək ekoloji standarta - EURO6-ya cavab verən 280 avtobus gətirilib ki, onlardan da 45-i 54, 186-sı 63, 49-u isə 102 sərnişin tutumuna malikdir.

Gəncədə fəaliyyət göstərən bütün avtobuslarda gedişhaqqını "CityCard" nağdsız ödəniş sistemi, istənilən bank kartları, həmçinin mobil ödəniş vasitələri ilə ödəmək mümkündür".

Tarix
2025.09.29 / 14:39
Müəllif
Axar.az
Digər xəbərlər

Cənubi Qafqaz sülh nümunəsinə çevrilib

Azərbaycan XİN İordaniyada kilsəyə hücumu pislədi

Qubadlının dirçəlişi Dövlət Proqramının mühüm hissəsidir

Azərbaycan buna sadiqliyini bir daha təsdiqləyir!

Dehli niyə Bakı ilə əməkdaşlığa qərar verdi?

Dövlət Baxçalı Rəşad Aslanovu qəbul etdi - Video

Ərdoğanın Əliyevi Ankaraya dəvət etməsi... - Baxçalı

İsraildəki seçkilər: Kim qalib gələcək? – Sorğu

Kuşnerə 1 milyard köçürülüb? – Azərbaycanın ”məsuliyyəti”...

İrəvan sülh sazişini ləngidərsə, Bakı tədbir görəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla