Yuxarı

Balakəndə narkotik becərən şəxslər saxlanıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Balakəndə narkotik becərən şəxslər saxlanıldı

Balakəndə narkotik tərkibli bitkilərin qanunsuz əkib-becərdirilməsi və narkotik vasitələrin qanunsuz saxlamaqda təqsirləndirilən rayon sakinləri həbs edilib.

Balakən rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, RPŞ-nin əməliyyat-axtarış qrupunun əməkdaşların rayon ərazisində narkotik tərkibli bitkilərin əkib-becərdirilməsi ilə məşğul olan və narkotik vasitələrdən qanunsuz istifadə edən şəxslərin tapılaraq istintaqa cəlb edilməsi istiqamətində növbəti əməliyyat-axtarış tədbiri keçirib. Keçirilmiş tədbir nəticəsində rayonun Qullar kənd sakini, 1978-ci il təvəllüdlü Rəsul Nizami oğlu Yetimovun yaşadığı evin həyətyanı sahəsində aqrotexniki qaydada əkilən 3 ədəd narkotik tərkibli bitki hesab olunan çətənə kolları aşkar edilərək götürülüb. Rəsul Yetimovun yaşadığı evdən isə 45,21 qram narkotik vasitə hesab edilən marixuana götürülüb.

Əməliyyat-axtarış tədbiri zamanı Balakən şəhəri, Ə. Əfəndiyev küçəsi ev 9 ünvanında yaşayan 1962-ci il təvəllüdlü Asadullah İsa oğlu Qurbanovun yaşadığı evin həyətyanı sahəsindən 3 ədəd dibçəkdə əkilmiş çətənə kolları, yaşadığı evdən isə 2 kq 805 qr narkotik vasitə hesab edilən qurudulmuş marixuana aşkar edilərək götürülüb. Hər iki şəxs barəsində Balakən rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı Balakən RPŞ-də araşdırma aparılır.

Tarix
2016.07.19 / 23:26
Müəllif
Axar.az
Digər xəbərlər

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

Qardaşım İlham Əliyevi səmimiyyətlə qucaqladım və...

İlham Əliyev Kamboca Kralını təbrik etdi

Tehranda Azərbaycanın Zəfər Günü qeyd olundu - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla