Yuxarı

MUM-da böhran: 21 sahibkar fəaliyyətini dayandırdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
MUM-da böhran: 21 sahibkar fəaliyyətini dayandırdı

Dünya bazarında qızılın qiymətinin bahalaşması yerli bazarda qiymətli metalın dəyərini artırmaqla bərabər, tələbatı kəskin azaldıb. Qızıl satışı mərkəzləri ciddi böhranla qarşılaşıblar.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, dövriyyənin aşağı düşməsi səbəbindən Mərkəzi Univermaqda (MUM) 21 qızıl köşkü fəaliyyətini dayandırıb. Sahibkarların qərarına səbəb aylardır məhsullarının vitrində qalmasıdır. Bir sıra hallarda isə zinət əşyaları maya dəyərindən ucuz satılıb.

"Həmişə get-gəlli olan, alıcı qaynayan univermaqda demək olar ki, satıcılardan başqa kimsə yoxdur. Milyonlarla malımız vitrinlərdə qalıb", - deyə sahibkarlardan biri bildirib.

Hazırda lüks zərgərlik dünyasına məxsus "Victoria", "Butterfly", "Divas Dream", "Magic Alhambra" brendlərinin sifarişi bazarında müəyyən qədər dövriyyə var.

Onu da bildirək ki, ölkədə 999,9 əyar qızılın bir qramı təxminən 205 manat, 750 əyar qızıl 153 manat, 585 əyar qızıl isə 120 manat civarında satılır.

Qeyd edək ki, dünya bazarında qızılın qiyməti 3868 dollara yaxınlaşıb. Analitiklərin fikrincə, ABŞ Federal Ehtiyat Sisteminin gələcək faiz siyasəti, yüksək inflyasiya riskləri və qlobal qeyri-müəyyənliklər fonunda qızılın qiymətində əlavə artım ehtimalı böyükdür. Unsiya üçün psixoloji hədd 4000 ABŞ dolları hesab olunur. Gümüşün qiyməti 14 ildən sonra ən yüksək həddə çataraq 47 ABŞ dollarını keçib. Platin isə 1600 dollar civarında qərarlaşaraq son 12 ilin rekordunu yeniləyib. Proqnozlara görə, ilin sonuna qədər 1700 dollar diapazonunda sabitləşə bilər.

Tarix
2025.10.03 / 17:48
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya üçün döyüşən daha bir azərbaycanlı öldü - Foto

İran çalxalanır: əgər parçalansa, azərbaycanlılar...

İlham Əliyev sabiq prezidentə başsağlığı verdi

Hacıyevdən sülh açıqlaması: Konqresdə bəziləri...

İlham Əliyev İsveçrə prezidentinə başsağlığı verdi

Rəsmi Bakıdan bu ölkə ilə bağlı paylaşım

Məşhur jurnalist barədə həbs qərarı - Axtarışa verildi

İstanbuldakı 520 minlik yürüşdə Azərbaycana qarşı pankart...

Ahıl şəxslər üçün Yeni il süfrəsi: Əliyevalar da iştirak etdi

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla