Yuxarı

Qusarda gənclərlə görüş keçirildi: DİO-da xidmət və təhsil...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qusarda gənclərlə görüş keçirildi: DİO-da xidmət və təhsil...

Qusar Rayon Polis Şöbəsində IX-XI sinif şagirdləri ilə "Gənclərin DİN sistemində təhsilə və xidmətə təşviq edilməsi" məqsədi ilə görüş keçirilib. Tədbirdə Qusar RPŞ-nin rəisi, polis polkovniki Azər Əfəndiyev, Polis Akademiyasının əməkdaşı polis polkovnik-leytenantı Eldəniz Kazımov və RPŞ-nin digər əməkdaşları, həmçinin, müəllim və valideynlər iştirak ediblər.

Axar.az xəbər verir ki, tədbirdə çıxış edən polis rəisi A.Əfəndiyev daxili işlər orqanlarında xidmət etmək həvəsində olan məktəblilərə Polis Akademiyası ilə bağlı ətraflı məlumatlar verib. Ölkəmizin daxili işlər orqanlarının və Polis Akademiyasının tarixi, vətənə xidmətin şərəfli olması barədə yeniyetmə və gənclərimizlə söhbətlər aparıb.

Daha sonra çıxış edən E.Kazımov şagirdlərə Polis Akademiyasına qəbulun şərtləri,üstünlükləri və orada yaradılmış maddi-sosial baza haqqında geniş məlumatlar verib.

Görüşün sonunda dinləyicilərin sualları cavablandırılıb, eləcə də Polis Akademiyasının tədris korpusu və yataqxana kompleksindən bəhs edən video çarx nümayiş etdirilib.

Tarix
2025.10.06 / 13:36
Müəllif
Axar.az
Digər xəbərlər

Bu halda Türkiyə ilə sərhəd açılmayacaq - Adamyan

Azərbaycanlı çoban Ermənistana keçdi

Bakıda Azərbaycan-AB Biznes Forumu keçirilir

Ermənistanın aldığı qırıcı nələrə qadirdir?

Təcili: Ermənistan bu ölkədən bu qırıcıları aldı - Video

Türkiyə-Azərbaycan gərginliyini kim yaradır? - Video

Türkiyə bayrağının Azərbaycanda endirilməsi... - Türkiyə PA

Leyla Abdullayeva Bricit Makronla görüşdü

İsveç səfiri Hikmət Hacıyevlə görüşdü

MM sədri TÜRKPA-nın iclasında çıxış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla