Yuxarı

DİN-dən boğulmalarla bağlı – Məlumat

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
DİN-dən boğulmalarla bağlı – Məlumat

Dəniz mövsümü başlayandan sonra hər gün dənizdə boğulma halları qeydə alınır.

DİN-in mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, iyulun 20-də Bakı şəhər sakinləri Tutu Əliyeva, Rafiq Bayramov, Orxan Əliyev, Dəvəçi rayon sakini Cəmilə Əyyubova Xəzər rayonunun Şüvəlan qəsəbəsinin dəniz çimərliyində, Vəli Abbasov və Rəvan Hüseynov Mərdəkan qəsəbəsinin dəniz çimərliyində, Bakı şəhər sakini Rəsul Musayev Görədil dəniz çimərliyində çimərkən boğulub.

Meyitlər sudan çıxarılıb, onlardan O.Əliyevin meyitinin tapılması istiqamətində tədbirlər görülür.

Bununla yanaşı, Sabirabad rayonunda da boğulma hadisəsi qeydə alınıb.

İyulun 20-də Sabirabad rayonunun Muradbəyli kənd sakini Almaz Abuşova Kür çayının kəndin ərazisindən keçən hissəsində paltar yuyarkən ayağı sürüşüb çaya yıxılıb.

A.Abuşovanın meyitinin tapılması istiqamətində tədbirlər görülür.

Tarix
2016.07.21 / 13:03
Müəllif
Aytac Qədirova
Digər xəbərlər

İlham Əliyev televiziya və radio işçilərini təbrik etdi

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla