Yuxarı

Rusiya vətəndaşından yarım kilo qızıl götürüldü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya vətəndaşından yarım kilo qızıl götürüldü

İstanbul-Bakı aviareysi ilə gələn Rusiya Federasiyası vətəndaşı "Yaşıl Kanal"a daxil olub gömrük nəzarətindən keçmək istəyərkən, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən geri qaytarılaraq "Qırmızı Kanal"a yönləndirilib.

DGK-nın mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, sərnişinə məxsus əl çantasına rentgen aparatı vasitəsilə baxış keçirilən zaman orada zərgərlik məmulatlarına bənzər əşyaların təsviri göründüyündən vətəndaş gömrük yoxlanılmasına dəvət olunub. Yoxlama başlamazdan əvvəl gömrüyə mütləq qaydada bəyan olunası əşyaların olub-olmamasına dair sorğu-sual zamanı o, çantasında zərgərlik məmulatlarının olduğunu bildirib.

Həmin şəxsin çantasına baxış keçirilən zaman oradakı 1 ədəd bağlamanın içərisindən gömrük nəzarətinə təqdim edilməyən, əvvəlcədən şifahi, elektron formada bəyan olunmayan 13 ədəd boyunbağı aşkar olunub. Bundan sonra qanunvericiliyin tələblərinə uyğun olaraq sərnişinin üzərində aparılan şəxsi yoxlama zamanı 3 ədəd bağlamada zərgərlik məmulatları aşkar edilib.

Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən qeyd olunan əşyalarla bağlı aparılan fiziki-kimyəvi və əmtəəşünaslıq ekspertizası nəticəsində məlum olub ki, vətəndaşdan aşkar edilən 585 əyarlı qızıldan hazırlanmış 94 adda məmulatın xalis çəkisi 575,19 qramdır.

Faktla bağlı araşdırma aparılır.

Tarix
2016.07.22 / 15:44
Müəllif
Aytac Qədirova
Digər xəbərlər

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir - Boçorişvili

Sikorskinin dünyanı silkələyən çıxışı: Sergey, bosuna de... - Video

Azərbaycan Fələstin dövlətçiliyinə dəstəyini bir daha təsdiqlədi

Ceyhun Bayramov Ferid Hoxa ilə görüşdü

Bunu Azərbaycandan alacağıq, Türkiyə ilə də... - Simonyan

BMT kürsüsündən İranı “məhv etmək”lə hədələdi...

Oğlumla gəlinim buna görə istintaqa cəlb olunmuşdular

Bayramov və Mirzoyan TRİPP-ə həsr olunmuş tədbirdə...

Azərbaycan XİN və MN Qazaxıstana başsağlığı verdi

Ermənistanın Azərbaycana ixrac etdiyi məhsulun adı açıqlandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla