Yuxarı

Tələbə təqaüdlərindən tutulan 1-2 manat... - Ekspert

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tələbə təqaüdlərindən tutulan 1-2 manat... - Ekspert

Tələbə təqaüdlərindən edilən kəsintilər təkcə maliyyə yox, həm də idarəetmə şəffaflığı məsələsidir. Dövlətin ayırdığı təqaüdün tam şəkildə tələbəyə çatması həm hüquqi, həm də sosial baxımdan vacibdir. Son illərdə təqaüdlərin məbləği artırılsa da, bəzi hallarda tələbə hesabına daxil olan məbləğlə faktiki ödənilən məbləğ arasında 1–2 manat fərq yaranır.

Bu sözləri Axar.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov tələbə təqaüdlərindən edilən kiçik məbləğli kəsintilərdən danışarkən deyib.

Ekspert bildirib ki, 1–2 manat fərq çox kiçik görünsə də, hüquqi baxımdan vacib məsələdir:

“Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 102.1.17-ci maddəsinə əsasən, dövlət tərəfindən təhsil alanlara ödənilən təqaüdlər gəlir vergisindən azaddır. Deməli, təqaüdlərdən hər hansı vergi və ya məcburi tutma aparılması qanuna ziddir. Təcrübədə isə bu fərqlər əsasən bank əməliyyat xərcləri və ya xidmət komissiyaları ilə bağlı olur. Burada problem qanunsuz tutma deyil, tələbələrə bunun səbəbinin aydın və rəsmi şəkildə izah edilməməsidir”.

Kamran Əsədov qeyd edib ki, maliyyə axını baxımından təqaüdlər Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi vasitəsilə ali təhsil müəssisələrinə, oradan isə tələbələrin fərdi bank hesablarına köçürülür:

“Banklar bəzi hallarda SMS bildiriş və ya kart xidmətinə görə 1–2 manat tuturlar. Bu, texniki xərclərlə bağlıdır. Bəzi hallarda bu məbləğ kartın növünə, istifadə müddətinə və tarif planına görə dəyişir. Yəni fərqli tələbələrdə fərqli kəsinti məhz bankın fərdi xidmət şərtlərindən qaynaqlanır. Bu, beynəlxalq təcrübədə də rast gəlinən haldır: məsələn, Türkiyədə Ziraat Bankı və Vakıf Bank tələbə kartlarından 1 TL xidmət haqqı tutur, lakin bu barədə hər bir tələbəyə əvvəlcədən rəsmi bildiriş göndərilir.

Problemin mənfi tərəfi odur ki, Azərbaycanda bu məlumatlandırma mexanizmi sistemli şəkildə qurulmayıb. Tələbə hesabına daxil olan məbləğin hansı səbəbdən azaldığını öyrənmək üçün çox zaman universitetin mühasibatlığına və ya banka müraciət etməli olur. Halbuki bu məlumat elektron şəkildə, avtomatik və şəffaf təqdim oluna bilər. Bunun üçün “Tələbə portalı”nda və ya “Elm və Təhsil Nazirliyinin elektron təqaüd platformasında” tələbənin aylıq ödəniş bölməsində “bank xidmət haqqı”, “texniki yuvarlaqlaşdırma” kimi bəndlər əlavə edilməlidir”.

Tarix
2025.10.14 / 12:07
Müəllif
Nihad Tahirov
Digər xəbərlər

XİN-dən TRİPP marşrutu ilə bağlı açıqlama

Bakıda Hindistanla bağlı tədbir keçiriləcək – İlk dəfə

Onlar Somali və Uqandaya vizasız gedəcək - Təsdiqləndi

Bakı bu dörd ermənini İrəvana verdi

Tarixi fürsətdir, İran zərərsizləşdiriləcək!

ABŞ-ın İrana qarşı A və B planı

ABŞ İrana zərbə endirəcək? - Türkiyə hərəkətə keçdi

Rza Pəhləvinin qayıdışı mümkündürmü? - ABŞ onu oynadır

Ermənistan bizi Qafqazdan çıxarır - Solonnikov

Təbrik edirəm, mühüm addım atıldı - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla