Yuxarı

Sinif bağlandı, şagirdlər təhsildən kənarda qaldı...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sinif bağlandı, şagirdlər  təhsildən kənarda qaldı...

Yardımlı rayonunun Şıxlar kənd orta məktəbində bir sinfin fəaliyyətinə tələb olunan minimum şagird sayı təmin olunmadığı üçün 10-cu sinif bağlanıb.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, nəticədə 4 şagird – Rihad Əlif oğlu Kamilov, Mikayıl Nəsib oğlu Əsgərli, İsmayıl Möhübbət oğlu Rəfili və Rəqsanə Fərasim qızı Yaqubova təhsildən kənarda qalıb.

Qeyd edək ki, siniflərin açılması və ya bağlanması Nazirlər Kabinetinin müvafiq qərarları ilə tənzimlənir. Məsələni daha da çətinləşdirən əsas məqam isə valideynlərin xəbəri olmadan şagirdlərin adlarının Rayon Təhsil Sektoru tərəfindən Məktəbin Ümumi Təhsil İnformasiya Sistemi (UTİS) üzərindən çıxarılmasıdır.

Bu səbəbdən şagirdlərin başqa məktəblərə yerdəyişməsi texniki cəhətdən mümkünsüz vəziyyətə düşüb.

Təhsil ekspertlərinin sözlərinə görə, məktəbdə hər hansı sinif bağlanırsa, həmin şagirdlər dərhal yaxınlıqdakı məktəblərə yerləşdirilməlidir.

Şagirdin UTİS sistemindən çıxarılması isə yalnız aşağıdakı hallarda mümkündür:

- Şagirdin öz arzusu (və ya valideyninin arzusu) ilə – məktəbi dəyişmək və ya təhsili başqa formada davam etdirmək istədikdə;

- Təhsil səviyyəsini başa vurduqda: Məsələn, 11-ci sinfi bitirib attestat aldıqda;

- Tədris intizamının sistematik pozulması və ya məktəb qaydalarına davamlı surətdə əməl etməməsi hallarında – bu, yalnız çoxsaylı xəbərdarlıqlar,valideynlərlə söhbətlər,məktəb pedaqoji şurasının qərarı əsasında mümkündür;

- Qanunvericiliklə müəyyən edilmiş digər hallar – məsələn, məhkəmə qərarı ilə.

Göründüyü kimi bu halların heç biri baş vermədiyi təqdirdə rayon Təhsil Sktoru şagirdlərin adlarını UTİS sistemindən xəbərarlıqsız çıxarıb.

Kənd sakinlərinin sözlərinə görə, bu qərarın verilməsi zamanı yalnız məktəb direktoru ilə danışıqlar aparılıb. Valideynlər dəfələrlə Lənkəran-Astara Regional Təhsil İdarəsinə müraciət etsələr də, məsələ həll edilməyib.

Tarix
2025.10.15 / 10:18
Müəllif
Axar.az
Digər xəbərlər

Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində yeni təyinat

Bu şəxslərin maaşlarında artım oldu

Bu, müharibədən, böhrandan, təhdiddən daha dağıdıcı olur

İrəvanla gündəlikdə olan əsas prioritet... - Hacıyev

Azərbaycan aldadıcı hava hücumu həmləsi etdi - CNN

ABŞ-la danışıqlardan sonra sülh planı yaxşı görünür - Zelenski

Əli Kərimlidən sonra növbə kimindir?

Elçibəy Əli Kərimli ilə bağlı bunu xahiş etmişdi

Əli Kərimli buna görə həbs edildi - Əli İnsanov

Bakıda gündəm olan bu maşın kimindir? - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla