Yuxarı

Şamaxıda 3 yeniyetmə faciəli şəkildə öldü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şamaxıda 3 yeniyetmə faciəli şəkildə öldü

20:45

Şamaxı rayonunda 3 yeniyetmə oğlan göldə çimərkən boğulub.

APA-nın yerli bürosnun məlumatına görə, hadisə bu gün saat 18:00 radələrində Şamaxı şəhərinin yaxınlığındakı Şirvangöldə qeydə alınıb.

Ehtiyatsızlıqdan boğularaq həyatlarını itirən 13-16 yaşlı yeniyetmələrin adları hələ müəyyən deyil. Onların meyiti 19:30 radələrində Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-axtarış qrupunun əməkdaşları tərəfindən sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

Hadisənin necə baş verdiyi məlum deyil. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir Faktla bağlı Şamaxı Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

***

Ölən yeniyetmələrin Bəkirov Məhəbbət Məhəmməd oğlu, Axundov Qadir Rasim oğlu və Səfərov Rövşən Siyavuş oğlu olduğu aydınlaşıb.

Onların hər üçünün 1999-cu il təvəllüdlü və Şamaxı rayonu Şəhriyar qəsəbə sakinləri olduğu bildirilir.

Hadisənin ilkin təfərrüatları da məlum olub. Şahidlərin sözlərinə görə, balıq tutarkən yeniyetmələrdən birinin ayağı sürüşərək suya yıxılıb. Yoldaşları onu xilas etməyə cəhd edib və üzməyi bacarmadıqları üçün suda boğularaq ölüblər.

Tarix
2016.07.24 / 20:46
Müəllif
Axar.az
Digər xəbərlər

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla