Yuxarı

Sənan Mehdiyevin cəzasının ağırlaşdırılması tələb olunur

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sənan Mehdiyevin cəzasının ağırlaşdırılması tələb olunur

Bakıda burun əməliyyatından sonra vəfat edən Nəzrin Mansurlunun ölümünə görə həbs edilən cərrah Sənan Mehdiyevin barəsində hökmdən apellyasiya şikayəti verilib.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, zərərçəkmiş Nəzrin Mansurlunun hüquqi varisi tərəfindən verilən şikayətdə Sənan Mehdiyevin cəzasının ağırlaşdırılması tələb olunub.

Yaxın günlərdə Bakı Apellyasiya Məhkəməsində şikayətə baxılacaq.

Qeyd edək ki, Nəsimi Rayon Məhkəməsinin hökmü ilə Sənan Mehdiyev 2 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəməsi qərara alınıb.

Dövlət ittihamçısı Sahilə Mirişova Sənan Mehdiyevin 4 il 9 ay azadlıqdan məhrum edilməsini və 3 il həkimlik ixtisasından məhrum edilməsini istəmişdi.

İttihama görə, Sənan Mehdiyev 2025-ci ilin yanvar ayında Nəzrin Mansurlunu cərrahi əməliyyat edən zaman onun alın, xəlbir və ön çənə sümüklərinə əlavə sınıq xəsarətləri yetirməsinə səbəb olub.

İttihamda göstərilib ki, həkim apardığı vizual müayinənin nəticələrini yetərli hesab edərək əməliyyatın nəticələri haqqında tibbi tədbirlərin təyinatını dəqiqləşdirməyib və onun nəzarət altında qalmasını təmin etməyib.

Nəzrin Mansurlu 2025-ci ilin yanvarın 12-də vəziyyəti ağırlaşdığı üçün yerləşdirildiyi xəstəxanada aldığı xəsarətlərdən ölüb.

Bakı şəhər sakini, 1995-ci il təvəllüdlü Mansurlu Nəzrin Aydın qızının yanvarın 12-də ölməsi faktı ilə bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

İstintaqla Nəzrin Mansurlunun yanvarın 3-də paytaxtın Nəsimi rayonu ərazisində yerləşən “Mərcan Medicare” adlı klinikada plastik cərrah işləyən Sənan Mehdiyev tərəfindən icra olunmuş rinoplastika əməliyyatından sonra vəziyyətinin kəskin ağırlaşması və yerləşdirildiyi klinikada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Tarix
2025.10.27 / 15:35
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev uzaqgörən liderdir - İsrail XİN başçısı

İran federallaşmalıdır, yoxsa parçalanmalı?

Saar Bakıda Türkiyədən danışdı: Təssüf ki, münasibətlər...

İrana hücum mütləq olacaq - Millət vəkili

Tramp Bakıya getməli və Əliyevlə... - Dorandan mühüm

Tezliklə Bakıya rəsmi dəvət göndəriləcək - Matevosyan

İrana gedən azərbaycanlıların sayında artım - Müəmma

Azərbaycanla sərhəddə 2200 ev boşaldılıb - Aleksanyan

İsrail xarici işlər naziri Milli Məclisdə

BSQ cavablarının öncədən yayılması barədə rəsmi açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla