Yuxarı

Toy gecəsi ölən 17 yaşlı gəlin 7 aylıq hamilə imiş

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Toy gecəsi ölən 17 yaşlı gəlin 7 aylıq hamilə imiş

Astarada 17 yaşlı gəlinin toy gecəsi ölməsinin təfərrüatı məlum olub.

Axar.az Oxu.az-a istinadla xəbər verir ki, toy mərasimi olan cütlük Astara rayonunun Dolu kənd sakinləridir.

Toy Astaranın Deqədi kəndi ərazisindəki "Ata Yurdu" şadlıq sarayında keçirilib.

Məılumata görə, 2008-ci il təvəllüdlü Əfsanə Maqsud qızı İmanova 9-cu sinif buraxılış imtahanından kəsildiyi üçün Bakının Zirə qəsəbəsinə köçüb və orada istixanalarda fəhlə işləməyə başlayıb.

O, həmin vaxt həmkəndlisi olan oğlanla münasibət qurub və sevgili olublar. Bir müddət sevgili olan oğlanla qız öz razılıqları ilə cinsi əlaqədə olub. Amma onların ailəsi bu hadisədən bir ay öncə xəbər tutub. Məlum olub ki, qız artıq hamilədir.

Bundan sonra ailələr təcili toy etmək, cütlüyü evləndirmək qərarı veriblər və onlar dərhal Dolu kəndinə qayıdaraq, toya hazırlaşıblar.

Oktyabrın 28-də rayonun Deqədi kəndindəki "Ata Yurdu" şadlıq sarayında toy məclisi başlayıb. Mərasim başlayandan 1 saat sonra gəlinin halı qəfil pisləşib və o, təcili Astara Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Müayinə zamanı məlum olub ki, qadın 7 aylıq hamilədir. Göstərilən tibbi yardımlara baxmayaraq, qadın xəstəxanada dünyasını dəyişib.

Tarix
2025.10.29 / 12:06
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyevlə söhbətimdə bunu yüksək qiymətləndirdim - Pezeşkian

Yeni ödənişli yolun qiyməti nə qədər olacaq?

Dövlətlər buna sövq edilir - DTX rəisi

Tramp İran savaşını bu tarixdə bitirəcək

Ceyhun Bayramov uqandalı nazirlə görüşdü

Daha bir dələduzluq forması: “İran ordusuna yardım”... - Foto

Bu, əməliyyat şəraitinə ciddi təsir edir - Əli Nağıyev

Həlak olanların ailə üzvlərinə nə qədər təqaüd veriləcək?

Səfirliklərimizdə xidmət müddəti müəyyənləşdi - Yeni qayda

BƏƏ ziyana gedir, Səudiyyə isə gündə 300 milyon qazanır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla