Yuxarı

Aylıq gəliri 2500 manatdan çox olanların nəzərinə!

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Aylıq gəliri 2500 manatdan çox olanların nəzərinə!

Azərbaycanda qeyri-neft-qaz və qeyri-dövlət sektorlarında çalışanlar üçün nəzərdə tutulmuş icbari tibbi sığorta haqqının ödənilməsi qaydası dəyişə bilər.

Axar.az Report-a istinadla xəbər verir ki, bu, "Tibbi sığorta haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, gələn ildən sözügedən kateqoriya üzrə aylıq gəlir 2 500 manata qədər olduqda sığortaolunan və sığortaedən hər biri bunun 2%-i qədər, 2 500 manatdan çox olduqda isə sığortaolunan və sığortaedən hər biri artıq hissənin 0,5%-i qədər sığorta haqqı ödəyəcək.

Xatırladaq ki, hazırda muzdla işləyən fiziki şəxslər, hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), Milli Məclis və yaxud müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurum) vəzifəyə təyin etdiyi şəxslər, seçkili ödənişli vəzifə tutan şəxslər üzrə əməkhaqqının 8 000 manata qədər olan hissəsindən sığortaolunan və sığortaedən hər biri 2%, 8 000 manatdan çox olan hissəsindən isə sığortaolunan və sığortaedən hər biri 0,5% sığorta haqqı ödəyir.

Tarix
2025.11.03 / 16:30
Müəllif
Axar.az
Digər xəbərlər

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

Azərbaycan, Türkiyə və daha 3 türk ölkəsi razılığa gəldi

Türkiyədən Azərbaycana dəstək aksiyası - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla