Yuxarı

Bu fikirlər həyatınızı məhv edir – Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu fikirlər həyatınızı məhv edir – Video

"Qapını bağladım? Ütünü söndürdüm? Suyu açıq qoymuşam?" Ağlınıza belə fikirlər gəlirsə, mütləq həkimə müraciət edin.

Axar.az Region Tv-yə istinadən xəbər verir ki, son zamanlar obsessiv-kompulsiv pozuntulardan əziyyət çəkən insanların sayı artıb.

Obsessiya və kompulsiya insanın beyninə istəmədən daxil olan, təkrarlanan, qovulması çətin düşüncələrdir. Həkimlər həyəcan təbili çalır ki, psixoloji pozuntu reabilitasiya edilməsə, ciddi xəstəliklər yaradır.

Psixoloqlar isə xəbərdarlıq edirlər. Bu tip psixoloji pozuntular böhranlı vəziyyətlərdə qazanılan travmalarla əlaqədardır. Psixoloq Könül Cəfərova sözügedən psixoloji vəziyyətlə bağlı deyir:

"Məsələn, evdən çıxır, qapını bağlayıb gedir, yolun yarısında ağlına fikir gəlir ki, görəsən qapını bağladım, ütünü söndürdümmü? Yenidən evə qayıdır. O, əslində ütünü söndürüb. Yaxınları ona dəfələrlə desələr də ki, bəli, sən ütünü söndürdün, suyu bağladın, xeyri yoxdur, o insanın ağlında eyni şeylər qalır. Bu, insanın tamamlanmamış daxili şəxsiyyətidir".

Xəstəliyin konkret yaranma səbəbi yoxdur. Mütəxəssislər bu tip pozuntuların meydana gəlməsində depressiyanı istisna etmirlər. Reabilitasiyasına gəlincə isə, dərman preparatları və psixoloji müayinə ilə problemi aradan qaldırmaq mümkündür. Müalicə müddəti 3 aydan 6 aya qədər çəkə bilər.

Xəstəlik müalicə olunmadıqda davamlı nevroza gətirib çıxarır. Bu tip pozuntulardan uzaq durmaq üçün sağlam həyat tərzi seçmək, depressiyaya sürükləyəcək işlərdən uzaq durmaq lazımdır. Psixoloqlar belə deyir.

Tarix
2016.07.29 / 08:45
Müəllif
Aytac Qədirova
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla