Yuxarı

Azərbaycanda məşhur şirkətdən külli miqdarda pul yoxa çıxdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda məşhur şirkətdən külli miqdarda pul yoxa çıxdı

“Mətanət A” şirkəti əməkdaşını məhkəməyə verib.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, şirkət ekspeditoru 40.715 manat mənimsəməkdə ittiham edib.

İddia ərizəsində qeyd olunub ki, H.Məmmədov satışdan əldə etdiyi, ümümilikdə 159297,37 manat nağd pul vəsaitinin 40.715,95 manatını mənimsəyib.

Təqsirləndirilən şəxs isə məhkəmədə ifadəsində bildirib ki, audit yoxlaması nəticəsində aşkar edilmiş çatışmazlıq kimi olan pul vəsaitinin təxminən 2000.0 manatını xəzinəyə ödəməyib. O, bunun səbəbini pandemiya dönəmində maddi vəziyyətinin aşağı olması ilə, həmin vaxtlarda şirkət tərəfindən maaşlarının ödənilməməsiylə izah edib.

Nərimanov Rayon Məhkəməsi H.Məmmədovun ifadəsini özünə bəraət qazandırmaq kimi qiymətləndirib. Şirkətə xeyli miqdarda ziyan vuran H.Məmmədovun azadlığı 3 il müddətinə məhdudlaşdırılıb.

Qeyd edək ki, “Mətanət A” şirkətinin rəhbəri Elxan Bəşirovdur.

Tarix
2025.11.09 / 15:13
Müəllif
Axar.az
Digər xəbərlər

Cənubi Qafqaz sülh nümunəsinə çevrilib

Azərbaycan XİN İordaniyada kilsəyə hücumu pislədi

Qubadlının dirçəlişi Dövlət Proqramının mühüm hissəsidir

Azərbaycan buna sadiqliyini bir daha təsdiqləyir!

Dehli niyə Bakı ilə əməkdaşlığa qərar verdi?

Dövlət Baxçalı Rəşad Aslanovu qəbul etdi - Video

Ərdoğanın Əliyevi Ankaraya dəvət etməsi... - Baxçalı

İsraildəki seçkilər: Kim qalib gələcək? – Sorğu

Kuşnerə 1 milyard köçürülüb? – Azərbaycanın ”məsuliyyəti”...

İrəvan sülh sazişini ləngidərsə, Bakı tədbir görəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla