Yuxarı

Dumanlı hava: DYP-dən sürücülərə xəbərdarlıq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dumanlı hava: DYP-dən sürücülərə xəbərdarlıq

Sürücülər dumanlı havada daha da diqqətli olmalı, sürət həddini hava şəraitinə uyğun seçməlidirlər.

Axar.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin dumanlı hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciətində bildirilib.

Qeyd edilib ki, hazırda Bakıda, eləcə də respublikanın bir sıra rayonlarında müşahidə edilən dumanlı hava yol hərəkəti iştirakçılarına, xüsusilə sürücülərə çətinliklər yaradır:

"Dumanlı hava yol hərəkəti zamanı nişanların, nişanlama xətlərinin, ümumiyyətlə nizamlama vasitələrinin və digər hərəkət iştirakçılarının vaxtında və aydın görünməsinə maneə yaratdığı üçün sürücülər belə havalarda daha da diqqətli olmalı, sürət həddini hava şəraitinə uyğun seçməli, nəqliyyat vasitəsinin, xüsusilə xarici işıq cihazlarının sazlığına əmin olmalı, dayanma, durma, parklanma, eləcə də ötmə və manevr etmə zamanı təhlükəsizlik qaydalarına ciddi riayət etməli, xoşagəlməz hadisələrin baş verməməsi üçün qabaqlayıcı tədbirlər görməlidirlər".

Vurğulanıb ki, piyadalar da dumanlı hava şəraitində sürücülərin yolun hərəkət hissəsini və kənarlarını görməkdə çətinlik çəkdiklərini nəzərə alaraq, özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığını təhlükəyə atmamalı, belə havalarda yola çıxarkən daha da məsuliyyətli olmalıdırlar.

Tarix
2025.11.12 / 10:22
Müəllif
Axar.az
Digər xəbərlər

Türk ekspertlərdən iddialar: Toqquşma, təxribat və ya hücum...

Konstitusiya xalqımızın milli mənafeyinə xidmət edir - Deputat

C-130 qəzası: Azərbaycan MiQ-i də Xəzərə belə düşmüşdü

C‑130 mühərrik çalışmadan da yerə enə bilər?

Azərbaycan konstitusiyasının əsas hədəflərindən biri... - Deputat

Türkiyəyə məxsus təyyarənin daha 2 qalığı tapıldı - Video

Əliyevadan Konstitusiya Günü ilə bağlı paylaşım

Qəzanın baş verdiyi ərazidə axtarış işləri davam etdirilir

ABŞ çox sayda bombardmançı təyyarə sifariş verdi

Qəzaya uğrayan təyyarənin qara qutusu tapıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla