Yuxarı

AzerGold QSC-də Çin nümayəndə heyəti ilə görüş keçirildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
AzerGold QSC-də Çin nümayəndə heyəti ilə görüş keçirildi

AzerGold QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov, “Daşkəsən Dəmir Filiz” (DDF) MMC-nin Baş direktoru Ceyhun Əliyev və “Azerbaijan Metal Company” MMC-nin rəhbər heyəti ilə “China Export & Credit Insurance Corporation” (Sinosure) və “Sinosteel Equipment & Engineering Co., Ltd” (Sinosteel) şirkətinin nümayəndələri arasında görüş keçirilib.

Qeyd edək ki, “Sinosure” Çin Xalq Respublikasının ixrac-sığorta agentliyi, “Sinosteel” isə mədənçilik, emal və metallurgiya texnologiyaları sahəsində ixtisaslaşmış Çin dövlətinə məxsus aparıcı “Sinosteel Group Corporation Limited” sənaye korporasiyasının əsas törəmə şirkətlərindən biridir.

Görüş çərçivəsində tərəflər Şəmkir rayonu ərazisində tikiləcək isti briketlənmiş dəmir (İBD) zavodunun inşasının icrası üçün texniki-iqtisadi əsaslandırma (TİƏ) sənədi hazırlanması istiqamətində ilkin müzakirələr aparıb.

Müzakirələr zamanı layihənin texniki detalları ilə yanaşı, maliyyələşmə mexanizmlərinin müəyyənləşdirilməsi və bu məqsədlə əsas kredit vəsaitlərinin Çin bazarından cəlb edilməsi məsələlərinə də toxunulub. “Sinosure” şirkətinin nümayəndələri təklif olunan maliyyə mexanizmini dəstəklədiklərini vurğulayıblar. Görüşdə tərəflər layihənin icrasına dair gələcək əməkdaşlıq istiqamətləri ətrafında da geniş fikir mübadiləsi aparıblar.

Xatırladaq ki, DDF MMC və Qazaxıstanın “Fonte GreenMet Investments Fund OEIC Limited” şirkəti tərəfindən təsis edilmiş “Azerbaijan Metal Company” MMC illik 2 milyon ton istehsal gücünə malik İBD zavodunun maliyyələşdirilməsi, layihələndirilməsi, qurulması və gələcək istismarına məsul olan birgə müəssisədir.

Qeyd edək ki, Şəmkir rayonu ərazisində tikilməsi planlaşdırılan zavodun 2029-cu ilin ortalarında istismara verilməsi planlaşdırılır.

Tarix
2025.11.12 / 11:47
Müəllif
Axar.az
Digər xəbərlər

Təyyarə qəzası: həlak olan hərbçilərdən 18-nin nəşi tapıldı

Azərbaycanın bu silahı İranı qorxutdu

AzTV-nin müxbiri təyyarənin düşdüyü ərazidə ağır xəsarət aldı

Prezident konfrans iştirakçılarına müraciət ünvanladı

C-130 son 4 gündə Gəncəyə neçə reys həyata keçirib?

Şəhidin son telefon danışığı: Ata, qayıdırıq, tarlanı əkmisən?

Konstitusiya xalqımızın milli mənafeyinə xidmət edir - Deputat

C-130 qəzası: Azərbaycan MiQ-i də Xəzərə belə düşmüşdü

C‑130 mühərrik çalışmadan da yerə enə bilər?

Azərbaycan konstitusiyasının əsas hədəflərindən biri... - Deputat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla