Yuxarı

Bakının 3 rayonunda qaz olmayacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakının 3 rayonunda qaz olmayacaq

Bu gün Bakının Yasamal, Xəzər və Nərimanov rayonlarının bəzi ərazilərinin qaz təchizatı dayandırılacaq.

"Azəriqaz"dan Axar.az-a verilən məlumata görə, Xəzər və Nərimanov rayonlarında qaz xətlərinin yerinin dəyişdirilməsi, Yasamal rayonunda isə yeraltı qaz xəttində aşkar olunmuş qaz sızmasının aradan qaldırılması işləri ilə əlaqədar noyabrın 12-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Təmir-bərpa işləri aparılan müddətdə Xəzər rayonu üzrə Gülçülük yaşayış massivinin, Nərimanov rayonu üzrə Çermet qəsəbəsinin, S.Ələskərov, Hacı Murad, R.Şıxəliyev, V.Əmirsayadov, Ə.Rəcəbli, 1-ci və 2-ci Paralel, M.Uluqbəy, F.Yusifov, A.Nemətulla, Ə.Əliyev və Y.Çəmənzəmənli küçələrinin, Yasamal rayonu üzrə isə H.Cavid, Bülbül, Mətbuat, Azərbaycan, Azadlıq prospektlərinin, M.Müşfiq, N.Nərimanov, İ.Qutqaşenli, Ə.Ələkbərov, A.Sultanova, M.Fətəli, A.Şaiq, M.Muxtarov, M.Rahim, Zərgərpalan, S.Dağlı, T.Xəlilbəyli, İ.Səfərli, Nizami, Ü.Hacıbəyov, S.Vurğun, Xəqani, R.Behbudov, R.Rza, Mərdanov qardaşları, İçərişəhər və M.Rastropoviç küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Tarix
2025.11.12 / 14:08
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan, Gürcüstan və Türkiyə araşdırma qrupu yaratdı

Bəzi məmurlar ciblərini güdür

Prezidentdən başçılara: Sizdən tələbim budur, əks təqdirdə...

Mərkəzdən sizə hansısa bir qanunsuz tapşırıq verilməyəcək!

Prezident yeni nümayəndəsini və başçıları qəbul etdi

Təyyarə qəzası: həlak olan hərbçilərdən 19-nun nəşi tapıldı

Prezident Lü Cünü qəbul etdi

Azərbaycanın bu silahı İranı qorxutdu

AzTV-nin müxbiri təyyarənin düşdüyü ərazidə ağır xəsarət aldı

Prezident konfrans iştirakçılarına müraciət ünvanladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla