Yuxarı

Dəfn müavinəti üzrə orta məbləğ artırılır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dəfn müavinəti üzrə orta məbləğ artırılır

2026-cı ildə Azərbaycanda dəfn müavinətlərinə ayrılan xərclər 37,6 milyon manat təşkil edəcək.

Axar.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə Hesablama Palatasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2026-cı il büdcəsi ilə bağlı qanun layihəsinə verdiyi Rəydə bildirilib.

Qeyd olunub ki, müavinət alanların sayının 40 min nəfərə yaxın, orta məbləğinin isə 944 manat olacağı gözlənilir.

Məlumata görə, bu artım son illərdə minimum əmək pensiyasının artırılması və sosial müavinət məbləğlərinin yenilənməsi ilə bağlıdır.

Belə ki, 2025-ci il iyulun 1-dən etibarən işləyən sığortaolunanlara ödənilən dəfn müavinəti 600 manata, vəfat etmiş əmək pensiyaçılarının ailəsinə ödənilən müavinət isə yaşa görə minimum pensiyanın 3 misli - 960 manata yüksəlib.

Hesabatda qeyd olunub ki, bu istiqamətdə artım əhalinin rifahının və sosial müdafiə səviyyəsinin yüksəlməsi ilə əlaqədardır və gələcək illərdə də bu tendensiyanın davam edəcəyi gözlənilir.

Tarix
2025.11.12 / 16:04
Müəllif
Axar.az
Digər xəbərlər

Ərazi bütövlüyümüz belə bərpa olunmalıdır - Paşinyan

Mehdiyev işində mühüm detal: Yeni şübhəlilər var...

Azərbaycan, Gürcüstan və Türkiyə araşdırma qrupu yaratdı

Bəzi məmurlar ciblərini güdür

Prezidentdən başçılara: Sizdən tələbim budur, əks təqdirdə...

Mərkəzdən sizə hansısa bir qanunsuz tapşırıq verilməyəcək!

Prezident yeni nümayəndəsini və başçıları qəbul etdi

Təyyarə qəzası: həlak olan hərbçilərdən 19-nun nəşi tapıldı

Prezident Lü Cünü qəbul etdi

Azərbaycanın bu silahı İranı qorxutdu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla