Yuxarı

Fuad Nəcəfli vəzifədən azad olunmasından danışdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Fuad Nəcəfli vəzifədən azad olunmasından danışdı

Xəbər verdiyimiz kimi, ötən gün Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli vəzifəsindən azad olunub.

Axar.az xəbər verir ki, o, Teleqraf-a açıqlamasında işdən çıxarılmasından danışıb.

“Nəinki Naxçıvan, mən bütöv Azərbaycanımızın vurğunuyam. Bir canım var, o da bu vətənə qurban olsun. Allah cənab Prezidentimizin canını sağ etsin, onu qorusun.

Sizin peşə yolunuz şərəfli yoldur. Araşdırma etmək mümkündür və bu, sizin hüququnuzdur. Mənim nəyləsə bağlı açıqlama verməyim subyektiv olar. Siz isə obyektiv olmalısınız. Bütün peşəkar insanlara salam deyirəm”, - o bildirib.

O, Naxçıvandan Bakıya qayıdan zaman təyyarədə çəkilərək sosial şəbəkələrdə yayılan fotosundan da bəhs edib:

“Naxçıvana uçan təyyarələrin biznes sinfi olmur. Bir salon olur və fotoda mən gözləmə zalında deyil, təyyarədəyəm”.

Qeyd edək ki, Fuad Nəcəfli sözügedən vəzifəyə 2022-ci ilin dekabrında təyin olunmuşdu.

Tarix
2025.11.13 / 14:01
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyə XİN Azərbaycanı təbrik etdi

Mehriban Əliyeva 18 oktyabrla bağlı paylaşım etdi

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla