Yuxarı

Xırdalan-Sumqayıt reysləri nə vaxt bərpa olunacaq?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xırdalan-Sumqayıt reysləri nə vaxt bərpa olunacaq?

Azərbaycan Dəmir Yolları QSC-nin (ADY) Xırdalan-Sumqayıt-Xırdalan xətti üzrə sərnişin qatarlarının fəaliyyəti gələn ilin birinci rübü ərzində bərpa oluna bilər.

Axar.az xəbər verir ki, bu barədə APA-ya açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli bildirib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair Dövlət Proqramı çərçivəsində Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolunun tikintisi layihəsinin bir hissəsi olaraq mövcud dəmir yolu xəttinin altından avtomobil tunelinin tikintisi məqsədilə işlərə başlanılıb. Həmin ərazidə (dəmir yolu xəttinin altında tikilən yeraltı keçidin tikildiyi ərazi – red.) hərəkətin bərpası üçün qısa müddət ərzində işlərin aparılması nəzərdə tutulub.

“Orada təqribən bir neçə aylıq iş həcmi var ki, o görüldükdə, həmin dəmir yolu xətti üzrə hərəkət bərpa oluna bilər. Çalışılacaq ki, həmin işlər qrafikdən də əvvəl yekunlaşsın ki, qeyd olunan xətt üzrə qatarlar əvvəlki qrafik ilə hərəkət edə bilsinlər”, - Anar Nəcəfli qeyd edib.

Onun sözlərinə görə, dəmir yolunun altından avtomobil keçidinin tikintisi 2026-cı ilin birinci rübü ərzində bitəcək və onun üzərindən qatarların hərəkətinin bərpası üçün imkan yaranacaq.

“Ümumilikdə isə, qeyd olunan tunelin daxil olduğu layihənin (Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolunun tikintisi layihəsi – red.) tam olaraq yekunlaşdırılması, qrafikə uyğun olaraq 2026-cı ilin sonuna, 2027-ci ilin əvvəlinə planlaşdırılır”, - Anar Nəcəfli qeyd edib.

ADY-nin rəsmi məlumatına görə, hazırda “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 30 yanvar 2025-ci il tarixli, 456 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Dövlət Proqramının həyata keçirilməsinə dair Tədbirlər Planı”nın icrası çərçivəsində Xırdalan şəhərinin M-1 Bakı-Quba Rusiya Federasiyası ilə dövlət sərhədi və M-4 Bakı-Şamaxı-Yevlax avtomobil yolları ilə əlaqələndirilməsini təmin etmək məqsədilə Xırdalan-Güzdək sahəsində dəmir yolu xətlərinin altından yeni avtomobil yolu keçidinin inşası aparılır.

Aparılan tikinti işləri ilə əlaqədar ADY-nin Xırdalan-Sumqayıt-Xırdalan xətti üzrə sərnişin qatarlarının fəaliyyəti müvəqqəti olaraq dayandırılıb, qatarlar isə Bakı-Biləcəri-Xırdalan-Bakı xətti ilə hərəkət edir.

Tarix
2025.11.14 / 13:47
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı və İrəvan doğru siyasət yürüdür - Papuaşvili

Rusiya vurdu, səfirliyimizə ciddi ziyan dəydi - Video

Bakı məlumat verdi, türk polisi əməliyyat keçirdi - Video

Dövlət idarəçiliyində əsas ölçü meyarı xalqın maraqlarıdır

Mehdiyevlə bağlı gündəmi silkələyəcək ssenari...

Prezident AİB nümayəndə heyətini qəbul etdi

Gizlətmirəm, İlham Əliyevlə bunu müzakirə etdik - Paşinyan

Prezident konfrans iştirakçılarına müraciət ünvanladı

“İsgəndər” qalıqları Azərbaycan səfirliyinin binasına düşdü

Azərbaycan üçün bunu etməyə hazırıq! - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla