Altay Göyüşov Baş Prokurorluğa çağırıldı
18:04
| Ana səhifə Toplum |
|
Masazırda qanunsuz tikililər sökülüb.
Axar.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.
Bu çərçivədə, Abşeron rayonu, Masazır kəndi ərazisində yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında qanunsuz tikinti işlərinin aparılması faktları aşkar edilib.
FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinın, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və Abşeron Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikililər sökülüb.
|
Tarix
2025.11.14 / 16:18
|
Müəllif
Axar.az
|