Yuxarı

“Rabitəbank” Qarabağda ilk filialını açdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Rabitəbank” Qarabağda ilk filialını açdı

Azərbaycanın tarixi zəfərindən sonra ölkəmizin sosial-iqtisadi inkişaf xəritəsində yeni bir səhifə açılıb. Bu tarixi dönüş nöqtəsinin 5-ci ildönümündə “Rabitəbank” ASC Xankəndidə yeni filialını istifadəyə verərək regionun biznes ekosisteminin inkişafına daha bir mühüm töhfə verəcəkdir.

Açılışda Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov, Rabitəbankın Müşahidə Şurasının sədri Zakir Nuriyev, Qarabağ Ərazi Vergilər Baş İdarəsinin rəisi Ələkbər Məmmədov, Bankın İdarə Heyətinin sədri Aydın Hüseynov, Müşahidə Şurasının üzvü Rəhman Əliyev, İdarə Heyətinin sədrinin 1-ci müavini Orhan Gültekin, Qarabağ Universitetinin rəhbər heyəti, dövlət qurumlarının nümayəndələri, yerli sahibkarlar və bank rəsmiləri iştirak ediblər.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov isə çıxışı zamanı bildirib ki, bu ərazilərdə 650-yə yaxın müəssisə fəaliyyət göstərir:

“Yeni iş yerlərinin açılması, sahibkarlıq mühitinin formalaşması və işgüzar həyatın sürətlə canlanmasının bariz göstəricisidir. Əminliklə demək olar ki, bu dinamika yaxın vaxtlarda daha da genişlənəcək. Ümid edirik ki, işğaldan azad olunmuş digər bölgələrdə də Rabitəbankın filial şəbəkəsinin genişlənməsi ilə həm xidmət infrastrukturunun güclənməsinə, həm də regionların sosial-iqtisadi inkişafına əlavə töhfə veriləcək”.

Müşahidə Şurasının sədri Zakir Nuriyev açılış mərasimində öz çıxışı zamanı bildirib ki, bu gün Xankəndidə filial açmaq bizim üçün sadəcə yeni bank filialının istifadəyə verilməsi deyil:

“Bu, Qarabağın iqtisadi həyatına qayıdışın, bu torpaqlarda sabitliyin və inkişafın bərqərar olmasının rəmzidir. Rabitəbank olaraq, ölkəmizin işğaldan azad edilmiş ərazilərində biznesin yenidən qurulmasına, sahibkarlığın dəstəklənməsinə və əhalinin bank xidmətlərinə rahat çıxışına töhfə verməyi strateji vətəndaşlıq borcumuz hesab edirik”.

Bankın İdarə Heyətinin sədri Aydın Hüseynov isə çıxışı zamanı bildirib ki, Xankəndi filialımız Qarabağın iqtisadi dirçəlişində iştirak etmək istəyimizin ən real ifadəsidir:

“Bu filialda biz müasir xidmət modelimizi, innovativ yanaşmamızı və rahat bankçılıq konsepsiyamızı tətbiq edirik. Məqsədimiz burada yaşayan insanların və fəaliyyət göstərən sahibkarların bank xidmətlərinə rahat, çevik və etibarlı şəkildə çıxışını təmin etməkdir. Təqdim etdiyimiz rəqəmsal həllər vasitəsilə bütün Qarabağ bölgəsi xidmətlərimizdən rahat faydalana bilər. Qarabağda formalaşan yeni iqtisadi mühitə uyğun olaraq, Rabitəbank bölgənin maliyyə ehtiyaclarını davamlı şəkildə dəstəkləyəcək”.

“Rabitəbank”ın Xankəndi filialının açılması, işğaldan azad olunmuş ərazilərdə dövlət tərəfindən aparılan genişmiqyaslı quruculuq işləri ilə paralel olaraq, bölgədə dayanıqlı maliyyə mühitinin formalaşdırılması istiqamətində strateji addımlardan biridir. Bu filial həm sahibkarlar, həm də fərdi müştərilər üçün tam universal bank xidmətlərini bir ünvanda birləşdirən xidmət mərkəzi kimi fəaliyyət göstərəcək.

Burada kredit məhsulları, kassa-hesablaşma əməliyyatları, əmanətlər, ödəniş kartları, pul köçürmələri, nağd valyuta əməliyyatları və rəqəmsal həllər daxil olmaqla, bütün əsas bank xidmətləri müasir standartlara uyğun şəkildə təqdim olunacaq.

Qeyd edək ki, “Rabitəbank” ASC sosial-iqtisadi inkişafa töhfə vermək məqsədilə ölkənin müxtəlif bölgələrində filial şəbəkəsini genişləndirir, eyni zamanda korporativ sosial məsuliyyət layihələri çərçivəsində ictimai təşəbbüslərə və yerli sahibkarlığın inkişafına mütəmadi dəstək göstərir.

Hal-hazırda “Rabitəbank” ASC 19 region və Bakı şəhəri üzrə ümumilikdə 30 xidmət məntəqəsi, 76 ATM-i, “Rabita Mobile” tətbiqi, İnternet Bankçılıq platforması, “Rabita Business” tətbiqi, “RabitaBot” çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.

Tarix
2025.11.14 / 17:06
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyevdən Zelenskiyə: Bu cür hücumlar qəbuledilməzdir!

Səfirliyə hücum: Zelenski İlham Əliyevə zəng etdi

Azərbaycan Rusiyaya nota verdi

İran və Azərbaycan arasında aviareyslərin sayı artırılacaq

Bakı və İrəvan doğru siyasət yürüdür - Papuaşvili

Rusiya vurdu, səfirliyimizə ciddi ziyan dəydi - Video

Bakı məlumat verdi, türk polisi əməliyyat keçirdi - Video

Dövlət idarəçiliyində əsas ölçü meyarı xalqın maraqlarıdır

Mehdiyevlə bağlı gündəmi silkələyəcək ssenari...

Prezident AİB nümayəndə heyətini qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla