Yuxarı

Dəniz Əsədovaya yeni ittiham irəli sürüldü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dəniz Əsədovaya yeni ittiham irəli sürüldü

Həbsdə olan müğənni Dəniz Əsədova barəsində cinayət işi başlanılıb.

Axar.az-ın Report-a istinadən xəbərinə görə, Dəniz Əsədova barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 32.4.308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə təhrik etmə), 32.4.313-cü (vəzifə saxtakarlığına təhrik etmə), 32.311.3.3-cü ( təkrar, külli miqdarda rüşvət almağa təhrik etmə), 32.312.3.3 (rüşvət verməyə təhrik etmə), 320-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri yeni ittiham verilib.

Müğənni vətəndaşlardan pul alaraq saxta əlillik sənədi düzəltməkdə ittiham olunur.

Belə ki, o, Sabunçu rayonu 21 saylı Birləşmiş şəhər Xəstəxanasının keçmiş baş həkimi və hazırda cinayət işi məhkəmə araşdırmasında Rauf İsfəndiyarovun əlbir olaraq 136 nəfərin saxta əlillik almasına köməklik edib.

İş üzrə dövlətə 1,6 milyon manat ziyan vurulub.

Qeyd edək ki, Dəniz Əsədova bundan əvvəl dələduzluqda və bir neçə nəfərə qarşı təhqir və böhtan səbəbindən xüsusi ittiham qaydasına məhkum edilib.

O, vəkil Asim Abbasovu təhqir və böhtan atdığı səbəbindən Binəqədi rayon Məhkəməsinin hökmü ilə 7 ay azadlıqdan məhrum edilib. Daha sonra başqa bir şəxsi də təhqir etməsi və böhtan atması səbəbindən onun cəzası artırılıb.

Tarix
2025.11.14 / 19:03
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyevdən Zelenskiyə: Bu cür hücumlar qəbuledilməzdir!

Səfirliyə hücum: Zelenski İlham Əliyevə zəng etdi

Azərbaycan Rusiyaya nota verdi

İran və Azərbaycan arasında aviareyslərin sayı artırılacaq

Bakı və İrəvan doğru siyasət yürüdür - Papuaşvili

Rusiya vurdu, səfirliyimizə ciddi ziyan dəydi - Video

Bakı məlumat verdi, türk polisi əməliyyat keçirdi - Video

Dövlət idarəçiliyində əsas ölçü meyarı xalqın maraqlarıdır

Mehdiyevlə bağlı gündəmi silkələyəcək ssenari...

Prezident AİB nümayəndə heyətini qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla