Yuxarı

Mənzil sahibi olmaq istəyənlərin nəzərinə: Ayda 347 manat...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mənzil sahibi olmaq istəyənlərin nəzərinə: Ayda 347 manat...

Azərbaycanda satmaq öhdəliyi ilə kirayə mənzil mexanizmi vətəndaşların aylıq ödəniş etməklə mərhələli şəkildə ev sahibi olmasına imkan yaradır. Bu model həm ilkin yükü azaldır, həm də rahat şərtlərlə yaşayış sahəsinin əldə edilməsini təmin edir.

Axar.az Valyuta.az-a istinadən kirayə mənzil üsulu ilə ev almaq istəyənlər üçün əsas sualları və cavabları təqdim edir.

Bəs hansı sənədlər lazımdır?

Ev sahibi olmaq üçün müraciət edən şəxslər aşağıdakı ilkin sənədləri təqdim etməlidir:

- Gücləndirilmiş elektron imza sertifikatı (e-imza və ya ASAN imza)

- Elektron İpoteka və Kredit Zəmanət Sistemində e-imza ilə yaradılmış elektron kabinet

- Elektron kabinetdə doldurulan ərizə-anket

- Fondun məsul əməkdaşları ilə görüş zamanı da bəzi sənədlər tələb olunur.

- Şəxsiyyəti təsdiq edən sənəd

- Gəlirləri təsdiq edən sənədlər

- Məhkumluq barədə arayış

- Ailə tərkibini təsdiq edən sənədlər

- Nikahın olması və ya olmaması barədə sənədlər.

Bəs kimlər kirayə ev sahibi ola bilər?

Kirayə mənzildən yararlanmaq üçün vətəndaşlar aşağıdakı tələblərə cavab verməlidir:

- Azərbaycan Respublikasının vətəndaşı olmalıdır

- Məhkumluğu olmamalıdır

- Vaxtı keçmiş öhdəlikləri olmamalıdır

- Müraciət zamanı yaşı 60-dan yuxarı olmamalıdır

- Rəsmi gəlirləri olmalıdır

- Eyni zamanda Fondla iki aktiv kirayə müqaviləsi olmamalıdır.

Kirayə müqaviləsi bağlanması üçün ümumi nə qədər zaman tələb olunur?

Kirayə müqaviləsinin şərtləri:

- Minimal müddət: 3 il

- Maksimal müddət: 25 il

- Yaş məhdudiyyəti: son ödəniş tarixinədək 70 yaşı aşmamalıdır

- Qabaqcadan ödəniş: aylıq ödənişin ən azı 12 misli

- Hüquqların ötürülməsi: müqavilə qüvvəyə mindikdən 12 aydan tez olmamaq şərtilə

- Vaxtından əvvəl ödəniş: müqavilə bağlandığı gündən mümkündür.

Ödəniş necə olmalıdır? Xarici valyuta keçərlidirmi?

Kirayə müqaviləsi üzrə bütün ödənişlər yalnız Azərbaycan manatında həyata keçirilir.

Vaxtından əvvəl ödəniş etmək olarmı?

Bəli, mümkündür. Qaydalara əsasən, kirayə müqaviləsi bağlanan gündən etibarən vətəndaş vaxtından əvvəl tam ödəniş edə bilər.

Bəs kirayə verilən mənzillər necə olmalıdır? Vətəndaşlar üçün nələr təqdim olunmalıdır?

Kirayə ilə təqdim olunan mənzillər müəyyən standartlara cavab verməlidir:

- 2013-cü ilin 1 yanvarından sonra tikilmiş olmalıdır

- Tam təmirli və yaşayışa hazır olmalıdır

- Elektrik, qaz və su ilə təmin edilməlidir

- İnfrastruktura (təhsil, nəqliyyat, səhiyyə və s.) yaxın olmalıdır

- Həyatyani sahəsi olmalıdır

- Tikinti normalarına uyğun olmalıdır

- Müstəqil qiymətləndiricinin bazar qiymətindən aşağı olmayacaq şəkildə sığortalanmalıdır.

Xatırladaq ki, Fond Sumqayıt şəhərində yerləşən Sülh prospektindəki yeni yaşayış kompleksində 219 tam təmirli mənzili də satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində vətəndaşlara təqdim edir. Mənzillər 1, 2 və 3 otaqlıdır və aylıq ödənişlər 347 manatdan başlayır. Seçim prosesi 20 noyabr 2025-ci il saat 15:00-dan etibarən açıq olacaq.

Qeyd edək ki, növbəti mərhələlərdə Fondun balansında olan digər mənzillər də uyğun zamanda satışa çıxarıla bilər. Söhbət Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən Zəfər küçəsi və Həmdəm Ağayev küçəsindəki yaşayış sahələrindən gedir.

Tarix
2025.11.14 / 21:01
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev və Pelleqrini mətbuata bəyanat verdi

Anara müraciət edən güneyli yazarların sayı 198-ə qalxdı

İlham Əliyev və Pelleqrininin geniş tərkibdə görüşü oldu

İlham Əliyev və Pelleqrini Devin qəsrində

İlham Əliyev Azadlıq Qapısı abidəsini ziyarət etdi - Foto

Heydər Əliyev Fondu ilə İSESKO arasında saziş imzalandı

Bunu diqqətdən kənarda qoymamalıyıq - Prezident

Sahibə Qafarova Arakçı ilə görüşdü

Azərbaycanda bu ərazidə sürüşmə aktivləşdi

Bu icra məmurları ilə bağlı mühüm qərar verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla