Yuxarı

Eyni maşın, eyni sürücü, yenə narkotik... - Sahibi kimdir?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Eyni maşın, eyni sürücü, yenə narkotik... - Sahibi kimdir?

Bakı Şəhər DYP İdarəsinin əməkdaşları tərəfindən yol hərəkəti qaydasını pozduğu üçün BMV markalı, 90 BY 008 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü İlkin Qarayev saxlanılıb və onun tibbi müayinədən keçməsi nəticəsində narkotik vasitə qəbul etdiyi müəyyən olunub.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılan və 25 sutka inzibati qaydada həbs edilən İlkin Qarayevin idarə etdiyi sözügedən avtomobil artıq ikinci dəfədir gündəmə gəlir.

Belə ki, o, ötən ay da Xətai rayonu, Ağ şəhər ərazisində narkotik vasitələrin təsiri altında eyni dövlət qeydiyyat nişanlı avtomobili idarə etdiyi üçün 25 sutka inzibati qaydada həbs olunmuşdu.

Məsələ burasındadır ki, 2001-ci il təvəllüdlü İlkin Qarayevin həmin vaxt motosiklet sürücüsü ilə mübahisə yaşamışdı. Oktyabrın 5-də axşam saatlarında baş verən hadisə zamanı İlkin Qarayev Nadir Cəlilov adlı vətəndaşdan parkinq zonasında motosikleti kənara çəkməyi tələb etsə də, o, yerin rəsmi parklanma sahəsi olduğunu bildirərək bundan imtina etmişdi.

İddiaya görə, cavab olaraq BMV sürücüsü avtomobili ilə motosikleti vuraraq yerə yıxıb.

Qeyd edək ki, sözügedən avtomobilin əsl sahibi Əliyev Davud adlı şəxsdir. Maşın “Rent a car”a məxsus olub.

Tarix
2025.11.15 / 11:59
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan hansı məntiqlə Rusiyaya icazə verdi?

İlham Əliyev İmaməli Rəhmanı təbrik etdi

Türkiyədən 12 ölkənin İsraillə bağlı qərarına reaksiya

Britaniya hava limanlarında nasazlıq: yüzlərlə reys gecikir

Allahşükür Paşazadənin özəl təyyarəsi var imiş... - Video

Oyuncaq dəstində Azərbaycan və Ermənistan bayrağı - Foto

Minatəmizləmə ilə bağlı tələblər təsdiqləndi

Rəşad Aslanov etimadnaməsini Ərdoğana təqdim etdi

Məmmədov ABŞ-ın Ermənistandakı diplomatını qəbul etdi

Bu nazirliyin tərkibi ilə bağlı vacib qərar

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla