Yuxarı

Mal-qara oğurlayan dəstə tutuldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lənkəran rayonunda müxtəlif vaxtlarda iri və xırda buynuzlu mal-qara oğurluğunda təqsirli bilinən dəstə üzvləri tutulub.

Report-un məlumatına görə, Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin (LŞRPŞ) əməkdaşları ilk olaraq Lənkəran şəhəri, Mirsalayev küçəsi, ev 31-də qeydiyyatda olan və Şilavar kəndində yaşayan 22 yaşlı Zəkizadə Seymur Qəhrəman oğlunu yaxalayıblar.

O, özgə əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında gizli olaraq talamaqda təqsirləndirilir.

LŞRPŞ-dən faktla bağlı bildirilib ki, "Seymur Zəkizadə 17 dekabr 2015-cı il tarixdə həmkəndlisi Abbasov Fərhad Ağabalı oğluna məxsus iki baş inəyi yaşadığı kənddə yerləşən örüş sahəsindən gizli olaraq talamaqla, zərərçəkən şəxsə ümumilikdə 1592 manat məbləğində ziyan vurub. Növbəti dəfə 19 yanvar 2016-cı il tarixində, həmkəndlisi Ağayev İdris Ramazan oğluna məxsus 1100 və 500 manat qiymətində iki baş inəyi yaşadığı kənddə yerləşən örüş sahəsindən gizli olaraq oğurlayıb. Bundan sonra 23 yanvar 2016-cı il tarixdə Lənkəran şəhəri, Füzuli küçəsi, ev 85-də yaşayan İskəndərov Seyidəli Qafar oğluna məxsus 1000 manat qiymətində bir baş inəyi Lənkəran şəhəri, M.F.Axundov küçəsində yerləşən hasarlanmamış torpaq sahəsindən gizli olaraq talamaqla oğurluq edib".

Həmçinin qeyd olunur ki, Seymur Zəkizadə həmkəndlisi Ağazadə Tural Ceyhun oğlunu da oğurluğa sövq edib. Onlar Lənkəran rayonu, Şilavar kəndi ərazisində yerləşən örüş sahəsindən Hüseynov Ağarza Xeyrulla oğluna məxsus 150 manat qiymətində bir baş qoyunu oğurlayıblar. İyunun 19-da Hüseynova Mehriban Cabir qızına məxsus 2 min 100 manat qiymətində üç baş, Qurbanov Təvəkkül Məmmədağa oğluna məxsus 800 manat qiymətində bir baş inəyi gizli şəkildə mənimsəyiblər. Qrup üzvləri üç gün sonra Hüseynov Ağarza Xeyrulla oğluna məxsus fərdi yaşayış evinin həyətinə qanunsuz daxil olaraq oradan 450 manat qiymətində 3 baş qoyunu oğurlayıblar"

Aparılan axtarış-əməliyyat tədbirləri nəticəsində dəstənin daha bir üzvü də saxlanılıb. 51 yaşlı Zəkiyev Qəhrəman Nəzər oğlu, Zəkizadə Seymurun atasıdır.

Dəstə üzvlərinə qarşı CM-nin müvafiq maddələri üzrə cinayət işi başlanıb.

Tarix
2016.08.01 / 00:30
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

Bu, Fransanı ciddi narahat edir - Nağıyev

Fransa İrəvanı yeni müharibəyə təhrik edir - DTX rəisi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla