Yuxarı

FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirildi

Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.

Axar.az xəbər verir ki, FHN-in Dövlət Yanğın Nəzarəti, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin mütəxəssislərinin də iştirakı ilə Sumqayıt Regional Mərkəzi (RM) tərəfindən Sumqayıt şəhər Sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi məktəbdə, Bakı Mühəndislik Universitetində və Sumqayıt şəhər 39 nömrəli tam orta məktəbində, Şimal-qərb RM tərəfindən Qəbələ rayon Tikanlı və Abrıx kənd tam orta məktəblərində, Şimal RM tərəfindən Şabran şəhəri 4 nömrəli tam orta məktəbində, Qarabağ RM tərəfindən Füzuli rayon Qayıdış qəsəbəsi 8 nömrəli və Bərdə rayon Şirvanlı kənd tam orta məktəblərində, Muğan RM tərəfindən Neftçala rayon Xıllı qəsəbə R.Gözəlov adına tam orta məktəbində və Hacıqabul rayon Muğan qəsəbə tam orta məktəbində, Aran RM tərəfindən Kürdəmir rayon 1 nömrəli və Ucar rayon Rəstəcə kənd tam orta məktəblərində, Gəncə RM tərəfindən Gəncə şəhər 37 nömrəli və Daşkəsən rayon Daşkəsən qəsəbə tam orta məktəblərində və Cənub RM tərəfindən Cəlilabad şəhər 3 nömrəli tam orta məktəbində maarifləndirmə tədbirləri keçirilib.

Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.

Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğın və zəlzələ zaman zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, sularda təhlükəsizliklə bağlı məsələlər diqqətə çatdırılıb və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.

İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.

Tarix
2025.11.17 / 13:15
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov Fidanla danışdı: Türkiyəyə raket hücumu...

Əli Əsədov türkiyəli nazirlə görüşdü

İrandan sonra növbəti ölkə... - Qorxuya düşdülər

Türkiyəyə raket hücumu: Azərbaycan MN-dən reaksiya...

Putinin Əliyevə zənginin səbəbləri - Rusiyadan baxış

Bu, dinc sakinlər üçün ciddi təhlükə yaradır - XİN

Mirziyayev Azərbaycanda mühüm foruma qatılacaq

Türkiyə İrandan növbəti ballistik raketin atıldığını təsdiqlədi

Bu iki ölkə Azərbaycanda səfirlik açır

Mövcud geosiyasi şəraitdə müdafiə qabiliyyətinin artırılması...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla