Ana səhifə Toplum |
11:26
Bakı-Nabran marşrutu üzrə hərəkət edən avtobusda partlayış baş verib.
Report-un məlumatına görə, Bakıdan Nabrana gedən "Hunday" markalı mikroavtobusda radiatorun partlaması nəticəsində 5 sərnişin ayaqlarından yanıq xəsarətləri alıb.
Hadisə yolun Şabran rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Avtobusun radiatorunda partlayış o qədər güclü olub ki, onun içərisindəki qaynar su salona daxil olub və nəticədə sərnişinlər xəsarət alıb.
Avtobus yararsız hala düşdüyü üçün sərnişinlər taksilərlə mənzil başına getməli olublar, xəsarət alanlar isə xəstəxanaya yerləşdiriliblər.
***
Bakı Beynəlxalq Avtovağzal Kompleksinə məxsus Nabran-Bakı marşrutunda partlayış hadisəsi olmayıb.
Kompleksdən Trend-ə verilən məlumatda bildirilir ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksinə məxsus, bu gün səhər saatlarında Nabran-Bakı xətti üzrə hərəkət edən 10 LS 034 dövlət nömrə nişanlı "Hyunday" markalı mikroavtobus sonuncu dayanacağa çatıb və sərnişinləri mənzil başına çatdırıb:
"Bizim avtobus marşrutlarında heç bir hadisə olmayıb".
Tarix
2016.08.01 / 12:50
|
Müəllif
Axar.az
|