Ana səhifə Toplum |
Təhsil naziri Mikayıl Cabbarov ümumi təhsil
müəssisələrinin dərslik və müəllim üçün metodik vəsaitlərlə
təminatı işinin səmərəli təşkili haqqında əmr
imzalayıb.
Təhsil Nazirliyinin mətbuat xidmətindən Axar.az-a verilən məlumata
görə, əmrin məqsədi dövlət ümumi təhsil müəssisələrinin I, II, III,
IV, V, VII, IX sinifləri üçün yeni çap olunan 261 adda 6623135
nüsxə dərslik və müəllim üçün metodik vəsaitlərin istifadəçilərə
çatdırılmasının, eləcə də I-XI sinif şagirdlərinin bütün
dərsliklərlə təminatının səmərəli təşkilini və bu sahədə
nizam-intizamı təmin etməkdir.
Əmrə əsasən, Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi
nəşriyyat-poliqrafiya müəssisələri tərəfindən 5 avqust tarixədək
təhvil verilən dərslik və müəllim üçün metodik vəsaitlərin Təhsil
Nazirliyinin bölgüsü əsasında Naxçıvan MR Təhsil Nazirliyinə, bütün
şəhər (rayon) təhsil idarələrinə (şöbələrinə), nazirliyin
tabeliyində olan ümumi təhsil müəssisələrinə avqustun 15-dək
çatdırılmasını təmin etməlidir.
Naxçıvan MR Təhsil Nazirliyinə və bütün şəhər təhsil idarələrinə
tapşırılıb ki, Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi
tərəfindən yerlərə çatdırılmış dərslik və müəllim üçün metodik
vəsaitlərin təhvil-təslim məsələlərinin operativ həllini, uçotunu
və təhsil müəssisələri üzrə bölgüsünün hazırlanmasını, qəbul
edilmiş dərslik və müəllim üçün metodik vəsaitlərin alındığı
tarixdən 10 təqvim günü müddətində yerli təhsil müəssisələrinə
çatdırılmasını, ümumtəhsil müəssisələrində dərslik və müəllim üçün
metodik vəsaitlərin kitabxana fonduna daxil edilməsini və idarə
olunmasını həyata keçirilməsini, 1 sentyabr tarixinədək
dərsliklərin şagirdlərə çatdırılmasını, ümumtəhsil müəssisələrində
yarana biləcək dərslik və müəllim üçün metodik vəsaitlərin
çatışmazlığını digər yerli təhsil müəssisələri hesabına
ödənilməsini, bununla bağlı sənədləşmə işlərini, yerli ümumtəhsil
müəssisələrində dərslik və müəllim üçün metodik vəsaitlərin
təminatı ilə bağlı yekun vəziyyəti və əsaslandırılmış əlavə
tələbatı əks etdirən müraciəti 5 sentyabr tarixinədək
[email protected] elektron ünvanına göndərilməsini təmin
etsinlər.
Tarix
2016.08.01 / 15:01
|
Müəllif
Aygün Yusibova
|