Yuxarı

Laçında xuliqanlıq edənlər həbs edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Laçında xuliqanlıq edənlər həbs edildi

Laçında xırda xuliqanlıq edən iki nəfər həbs edilib.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, Şəmkir rayon sakinləri – 1974-cü il təvəllüdlü Aydın Babayev və 1982-ci il təvəllüdlü Vüsal Vəliyev (ad-soyad şərti verilib – red.) bu ilin noyabrın 17-də Laçın rayonunun Qorçu kəndi ərazisində yerləşən polis postunda ictimai yerdə nalayiq ifadələr işlədiblər, ictimai qaydanı pozub və polisin qanuni tələblərinə qəsdən tabe olmayıblar.

Hər iki şəxsin barəsində İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1-ci (polisə tabe olmama) maddələri ilə ittiham elan edilib.

İş üzrə izahat verən A.Babayev bildirib ki, noyabrın 17-də, saat 20:00 radələrində Laçın şəhərinin giriş postunda yoxlama üçün saxlanılıb:

“Lakin mən və Aydın sərxoş halda olduğumuz üçün polis əməkdaşları ilə söz mübahisəsi etdik. Bununla bağlı polis əməkdaşları bizə öz iradlarını bildirsələr də, bundan sonra da anlaşılmazlıq yarandı. Biz də əsəbi və sərxoş olduğumuz üçün aqressiv davrandıq”.

Laçın Rayon Məhkəməsinin qərarı ilə hər iki şübhəli şəxs 8 gün müddətinə inzibati qaydada həbs olunublar.

Qeyd edək ki, A.Babayev Laçında olan şirkətlərdən birində gözətçi, V.Vəliyev isə briqada başçısı işləyib.

Tarix
2025.11.20 / 10:15
Müəllif
Axar.az
Digər xəbərlər

Zakir Həsənov MDB-nin növbəti iclasında iştirak etdi

Pezeşkian Əliyevə zəng etdi - Təcili

Əli Əsədov Cövdət Yılmazla görüşdü

Andrey Babiş bu tarixdə Azərbaycana gələcək

BMT Şurası Bakının təşəbbüskarı olduğu qətnaməni qəbul etdi

Daha bir azərbaycanlı Ukraynada həlak oldu - Foto

İlham Əliyev bu türk ölkəsinə gedəcək

Prezidentdən Zəngəzur dəhlizi ilə bağlı açıqlama

Prezident onları qəbul etdi - Foto

Türklər birləşir: 2,1 trilyonluq ÜDM ilə yeni güc...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla