Yuxarı

Bakı-Nabran avtobusunun sürücüsü danışdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avtobusun radiatorunda partlayış oldu, qaynar su salona sıçradı.

Bunu Report-un Şimal bürosunun müxbirinə Bakı-Nabran sərnişin avtobusunun sürücüsü Zakir Abdullayev deyib.

Sürücü bildirib ki, radiatorda partlayış avtobus hərəkətdə olan zaman baş verib: "Radiatorda baş verən partlayış zamanı avtobusun salonuna qaynar su sıçradı. Məlum oldu ki, radiatorun şlanqı partlayıb. Bu zaman salonda olan sərnişinlərdən biri qadın və biri kişi olmaqla iki nəfər yanıq xəsarətləri aldı. Digər sərnişinlərdən üç qadın isə yüngül yanıq xəsarətləri alıb. Mən yaralıları dərhal taksi ilə Xudat şəhər Mərkəzi Xəstəxanasına yola saldım. Yaralıların xəstəxanaya gedib-getmədiklərini bilmirəm".

Sürücü əlavə edib ki, avtobusda yaranan nasazlığı aradan qaldırmaq üçün rayon mərkəzindən usta çağırılıb.

Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızı hadisə ilə bağlı açıqlamasında bildirib ki, Bakı-Nabran istiqamətində hərəkət edən mikroavtobus Bakı Beynəlxalq Avtovağzalından çıxarkən saz vəziyyətdə olub: "Lakin yolda avtobusun radiatorunun şlanqı partlayıb. Sərnişinlər avtobusdan təxliyə olunublar və başqa bir avtobusla yollarına davam ediblər. Ciddi bir hal baş verməyib, avtobus təmir üçün nəzarətə götürülüb. Qeyd edək ki, yolda baş verən hər hansı bir hadisəyə görə məsuliyyəti nəqliyyat vasitəsinin məxsus olduğu şirkət daşıyır".

Qeyd edək ki, Zakir Abdullayevin idarə etdiyi "Hundai" markalı, 27-TA- 036 dövlət qeydiyyat nömrə nişanlı, Bakı-Nabran marşurut xətti ilə sərnişin daşıyan avtobusun radiatorunda partlayış baş verib və qaynar su salona sıçrayıb. Nəticədə 5 sərnişin xəsarət alıb.

Tarix
2016.08.01 / 19:29
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Sadır Japarov Şəhidlər xiyabanında...

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Foto

Sadır Japarov Heydər Əliyevin məzarını ziyarət etdi

Prezidentlər Çingiz Aytmatovun abidəsinin açılışında...

Türkiyə Zəngəzur dəhlizi ilə bağlı işlərə başladı

Ukraynalı deputatlardan etiraz: Rubenin Nobelə təqdimatı...

Delimitasiya prosesində vacib məqam... - Əmirbəyov

Ərdoğandan “erməni soyqırımı” ilə bağlı mesaj

Japarov Ağdamda məktəbin tikintisi barədə danışdı

Bu, Putinin Əliyevə böyük jesti idi - Kalaşnikov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla