Yuxarı

ADU-da beynəlxalq elmi konfransın açılış mərasimi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
ADU-da beynəlxalq elmi konfransın açılış mərasimi - Foto

Noyabrın 21-də Azərbaycan Dillər Universitetində “Süni intellekt və humanitar elmlər: Müasir vəziyyət və perspektivlər” adlı beynəlxalq elmi konfransın açılış mərasimi olub.

Axar.az xəbər verir ki, mərasimdə bir sıra ölkələrin səfirləri, diplomatlar, alimlər, ictimaiyyət nümayəndələri və tələbələr iştirak ediblər.

ADU-nun rektoru, akademik Kamal Abdulla konfrans iştirakçılarını salamlayıb, tədbirin əhəmiyyətindən söz açıb.

Qeyd olunub ki, müasir dünyada süni intellektlə bağlı aparılan tədqiqatlar və araşdırmalar həyat fəaliyyətinin demək olar ki, bütün sahələrində özünü göstərməkdədir:

“Bu gün universitetimizdə əlamətdar bir gündür. Mən çox şadam ki, konfransımızda Azərbaycanda fəaliyyət göstərən bir sıra ölkələrin səfirləri, diplomatlar iştirak edir. Böyük məmnuniyyətlə qeyd etmək istəyirəm ki, konfransımızda İsrail, Belarus, Venesuela, Mərakeş, Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstanın ölkəmizdəki səfirləri iştirak edir və onlara səmimi qəlbdən təşəkkür edirəm, “xoş gəlmisiniz” deyirəm.

Konfransımızda İtaliyadan, İspaniyadan, Mərakeşdən, Rumıniyadan, Özbəkistandan, Türkiyədən, Pakistandan, Ukraynadan, Rusiyadan, Belarusdan, Qazaxıstandan olan qonaqlarımız var, onlara da “xoş gəlmisiniz” deyirəm.

Eyni zamanda konfransımızda iştirak edən mütəxəssislər arasında əllidən çox ölkənin nümayəndələri konfransımızda iştirakçı kimi qeydiyyatdan keçib və biz onların maraqlı məruzələri ilə tanış olacağıq.

Həmçinin Azərbaycanın bir sıra aparıcı ali təhsil müəssisələrindən Bakı Dövlət Universiteti, Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, ADA Universiteti, Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası, Xəzər Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Qərb Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Bakı Biznes Universiteti, Sumqayıt Dövlət Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dənizçilik Akademiyası, Bakı Avrasiya Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Lənkəran Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Univeristeti və digər ali təhsil müəssisələrindən olan mütəxəssislər konfransda iştirak edir və onlara da öz təşəkkürümüzü bildiririk.

Konfrans “Dil və süni intellekt”, “Süni intellekt və tərcümə məsələləri”, “Ədəbiyyat süni intellekt dövründə”, “Xarici dillərin tədrisində süni intellektin rolu”, “Fəlsəfə və psixologiyaya dair tədqiqatlarda süni intellekt problem”, “Süni intellekt və media tədqiqatları” mövzusunda altı bölmə üzrə təmsil olunub.

İnanıram ki, konfrans müasir elmi aktuallığı ilə seçiləcəkdir və ən əsası gələcək elmi, mədəni əməkdaşlığımıza öz töhfəsini verəcəkdir.

Hörmətli qonaqlar, cənab səfirlər, diplomatlar sizi bir daha universitetdə görməyimizdən məmnunluğumuzu bildiririk. Bizi bir-birimizə bağlayan güclü xətlər var, biz çox istərdik ki, bu xətlər elmi istiqamətdə də davam etsin, bu gün sizin konfransımıza və universitetimizə göstərdiyiniz maraq bizim üçün çox qiymətlidir. Konfransın işinə uğurlar arzu edirik. Yaşasın konfrans!”

Konfrans işini bölmə iclasları ilə davam etdirib.

Qeyd edək ki, konfrans altı bölmə üzrə işini davam etdirəcək və dilçilik (koqnitiv dilçilik, neyrolinqvistika, korpos dilçiliyi, sosiolinqvistika), tərcüməşünaslıq (maşın tərcüməsi), ədəbiyyatşünaslıq (Ədəbiyyat süni intellekt dövründə), xarici dillərin tədrisi metodikası, psixologiya və fəlsəfə, media tadqiqatları mövzusunda hazırlanan məruzələr dinlənəcək.

Tarix
2025.11.21 / 15:27
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiyadan səfirliyimizin vurulması ilə bağlı açıqlama

Bakıya gələn ermənilərin adları açıqlandı - Foto

Tokayev İlham Əliyevə təşəkkür etdi

Azərbaycanlı ilə eşq yaşayan erməni konsuldan yeni xəbər

Bakıda D-8 Media Forumunun keçirilməsi bunu təsdiqləyir

Astana Zəngəzur vasitəsilə Türkiyəyə yeni marşrut açır

Prezidentin müraciəti BMT sənədi kimi yayıldı

Hazırda media mühiti sürətli transformasiyaya məruz qalır

Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələri Bakıya gəldi

Azərbaycan D-8 ailəsinin üzvü olduğu gündən... - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla