Yuxarı

Bank kartlarındakı pullar belə oğurlanır – Mütəxəssis

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bank kartlarındakı pullar belə oğurlanır – Mütəxəssis

Kiberdələduzluqla bağlı son aylarda ölkə üzrə müşahidə olunan şikayətlər göstərir ki, insanlar çox vaxt dələduzların sadəcə ad-soyad soruşduğunu, buna baxmayaraq, kartlarından pul çıxdığını bildirirlər. Reallıqda isə yalnız ad və soyadla kartdan vəsait çıxarmaq mümkün deyil.

Bu sözləri Axar.az-a açıqlamasında kibertəhlükəsizlik üzrə mütəxəssis Elnur Atayev ölkədə artmaqda davam edən kiberdələduzluqla bağlı danışarkən deyib.

“Dələduz ad-soyadı soruşmaqla sadəcə ünsiyyət qurur, etibar yaradır və qurbanın psixoloji baryerini aşağı salır. Ardından söhbəti başqa istiqamətə çevirərək “pul göndərmə”, “bonus aktivləşdirmə”, “mükafat qazanma”, “vergi qaytarılması”, “kuryer ödənişi” kimi bəhanələrlə kart məlumatlarını və ya bank tətbiqinə daxil olan SMS təsdiqləmə kodunu əldə etməyə çalışır. Yəni pulun çıxarılması qurbanın iştirakı ilə baş verir”, - o bildirib.

Mütəxəssisin sözlərinə görə, artıq iki aydan çox davam edən prosesin qarşısının niyə tam şəkildə alınmaması isə bir neçə obyektiv səbəbdən qaynaqlanır. Bu fəaliyyətlərin çoxu ölkə xaricindən idarə olunur, istifadə olunan nömrələr virtualdır, İP-lər gizlədilir və hər əməliyyatdan sonra yeni hesablar açılır:

“Bu hadisələr yalnız vətəndaşın məsuliyyəti kimi görünməməlidir. Kütləvi xarakter aldıqda artıq problem sistematik yanaşma tələb edir. Bankların anti-fraud mexanizmlərinin sərtləşdirilməsi, mobil operatorların saxta nömrələri daha tez bloklaması və sosial şəbəkələrdə şübhəli hesabların sürətli şəkildə ləğv edilməsi dövlət və özəl sektorun birgə həll etməli olduğu məsələlərdir. Bununla yanaşı, geniş kütlə üçün sadə və başadüşülən kibertəhlükəsizlik təlimləri keçirilməli, xüsusilə yaşlı və rəqəmsal savadlılığı zəif olan qruplar bu təlimlərə cəlb edilməlidir”.

Tarix
2025.11.28 / 08:30
Müəllif
Sevgi İsmayılbəyli
Digər xəbərlər

Ərdoğan İlham Əliyevi təbrik etdi

Konsulun cənazəsi Azərbaycana gətirildi

Diplomatın nəşinin Azərbaycana göndərilməsi üçün... - İran

Ceyhun Bayramov Nyu Yorka getdi

Dünya liderləri İlham Əliyevi təbrik edir

İlham Əliyev İordaniya Kralını təbrik etdi

Bu işi Ermənistan hökuməti öz üzərinə götürəcək - Paşinyan

Ağ Ev Ərdoğan adından paylaşdı - Ankara sildirdi

Azərbaycan Pakistana başsağlığı verdi

İran səfiri konsulumuza görə başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla