Yuxarı

Laçının bu iki kəndinin tikintisinə başlanılır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Laçının bu iki kəndinin tikintisinə başlanılır

2026-cı ildə Laçın rayonunun Şəlvə və Pircahan kəndlərində bərpa-tikinti prosesinin başladılması planlaşdırılır.

Axar.az xəbər verir ki, bunu "MDB-nin mədəniyyət paytaxtı – 2025" ilinin bağlanış mərasimindən sonra Azərbaycan Prezidentinin Laçın rayonundakı xüsusi nümayəndəsi Məsim Məmmədov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, artıq Yeni Qorçu qəsəbəsində də söküntü işlərinə başlanılıb: "Ümid edirik ki, növbəti ildən orada da tikinti prosesinə başlanılacaq".

Məsim Məmmədov Laçın şəhərində 2023-cü ildə təməli qoyulmuş yeni yaşayış məhəlləsinin də artıq layihələndirmə işlərinin başa çatdığını qeyd edib: "Növbəti ildə yeni yaşayış məhəllələrinin tikintisi planlaşdırılır. Həmçinin Laçın şəhərində yeni obyektlərin istifadəyə verilməsi gözlənilir".

Xüsusi nümayəndə Güləbird kəndində bərpa-tikinti işlərinin davam etdiyini qeyd edib.

Tarix
2025.11.30 / 13:11
Müəllif
Axar.az
Digər xəbərlər

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla