Yuxarı

ABB "İlin əqdi" mükafatını qazandı!

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABB "İlin əqdi" mükafatını qazandı!

Bütün ölkələr üzrə ən innovativ və mühüm maliyyə əməliyyatlarının dəyərləndirilməsini aparan "The Global Banking & Markets" təşkilatı ABB-nin bu ilin aprelində 200 milyon ABŞ dolları dəyərində sindikatlaşdırılmış kredit cəlb etməsini Azərbaycan üzrə "İlin əqdi" mükafatına layiq görüb.

Mükafat İstanbulda keçirilən təntənəli mərasimdə ABB təmsilçisinə təqdim olunub.

"The Global Banking & Markets" təşkilatı maliyyə bazarlarının beynəlxalq investisiya icması ilə əlaqələrini gücləndirərək əməliyyatların xərc və risklərini azaltmağa, səmərəliliyini yüksəltməyə xidmət edir. Mükafatlandırılan əməliyyatların seçimi zamanı onun həcmi, müddəti, strukturu, icra keyfiyyəti, açdığı yeni imkanlar və s. bu kimi amillər nəzərə alınır.

Xatırladaq ki, ABB ölkə üzrə "İlin əqdi" mükafatına layiq görülən sindikativ krediti Masreqbank-ın təşkilatçılığı, Abu-Dabi Kommersiya Bankının agent bank rolu ilə BƏƏ, Almaniya, Avstriya, İsveçrə və Böyük Britaniyaya aid 12 maliyyə institutundan cəlb edib. Bu, ABB-nin uzun illər sonra beynəlxalq maliyyə bazarlarına yenidən qayıdışı olub.

Bankın bir neçə illik fasilədən sonra xarici maliyyə bazarlarına qayıdışı və bunun yüksək dəyərləndirilməsi ABB-nin biznesi maliyyələşdirmə potensialını gücləndirir, likvidlik mövqeyinə, gəlirliliyinə müsbət təsir göstərir. Xarici bazarlarda ABB-yə olan yüksək inam uzunmüddətli vəsaitlərin cəlbinə, Bankın investor sayının və regional əhatəliliyinin genişlənməsinə imkan yaradır.

"The Global Banking & Markets" təşkilatı haqqında ətraflı məlumatları buradan əldə etmək olar.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən əldə etmək olar.

Tarix
2025.12.02 / 11:00
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan XİN BƏƏ və Laosu təbrik etdi

Daha tez pensiya və yüksək məbləğ seçimi...

Tələbələrə şad xəbər: nəqliyyat güzəşti... - Deputat

Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində yeni təyinat

Bu şəxslərin maaşlarında artım oldu

Bu, müharibədən, böhrandan, təhdiddən daha dağıdıcı olur

İrəvanla gündəlikdə olan əsas prioritet... - Hacıyev

Azərbaycan aldadıcı hava hücumu həmləsi etdi - CNN

ABŞ-la danışıqlardan sonra sülh planı yaxşı görünür - Zelenski

Əli Kərimlidən sonra növbə kimindir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla