Estoniya Bakıda səfirliyini bu tarixdə açacaq
15:08
| Ana səhifə Toplum |
|
Azərbaycan Dəmir Yolları QSC (ADY) artan sərnişin tələbatını təmin etmək məqsədilə 5, 6 və 7 dekabr tarixlərində Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edir.
Bu barədə Axar.az-a ADY-dən məlumat verilib.
Qatar Bakıdan Ağstafaya saat 08:30-da, Ağstafadan Bakıya isə saat 17:20-də yola düşəcək.
Eyni zamanda, sərnişinlər bu istiqamətlər üzrə gündəlik Bakı-Qazax-Bakı marşrutu ilə də səfər edə bilərlər.
Biletləri dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya "ADY Mobile" tətbiqindən əldə etmək olar.
|
Tarix
2025.12.02 / 15:02
|
Müəllif
Axar.az
|