Yuxarı

İcbari sığorta: 2011-ci ildə təyin edilən limit hələ də qalır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İcbari sığorta: 2011-ci ildə təyin edilən limit hələ də qalır

İcbari Avtomobil Sığortasında hadisə başına 5 min manat ödəniş limiti bugünkü bahalaşma fonunda bir çox hallarda zərərçəkmişlər arasında narazılıq yaradır. Avtomobil detallarının və təmir xərclərinin kəskin bahalaşdığı bir vaxtda 2011-ci ildən qalan limit real zərəri qarşılamır.

Bu sözləri Axar.az-a açıqlamasında sığorta eksperti İlkin Nəcəfov mövcud sistemdəki uyğunsuzluqlar barədə danışarkən deyib.

Onun sözlərinə görə, məsələ yalnız limitin artırılması ilə bitmir, çünki bunun sığorta haqqına da təsiri olacaq:

“Limit artırılırsa, deməli, sığorta haqqı da artırılmalıdır. Azərbaycanda artıq bir neçə ildir ki, risk əsaslı sığorta sisteminə keçilib. Bonus-malus sistemi müxtəlif amillər əsasında formalaşır. Bir nəfər üçün 75 manat hesablanırsa, riskli sürücü üçün nəzəri olaraq bu məbləğ 750 manata qədər qalxa bilər”.

Ekspert bildirib ki, hazırda riskli sürücülərdə, xüsusilə taksi fəaliyyəti göstərən “Prius” sahiblərində sığorta haqları 700–1000 manata qədər yüksəldiyi üçün onlar çox vaxt sığortalanmaqdan imtina edirlər:

“Elə sürücülər var ki, sığorta haqqının bahalığına görə 20 gündən bir 50 manat cəriməni ödəməyi sığorta almaqdan daha sərfəli hesab edirlər”.

Nəcəfov əlavə edib ki, baza qiymətinin artırılması üçün qanunvericiliyə dəyişiklik edilməlidir.

Tarix
2025.12.03 / 08:30
Müəllif
Nihad Tahirov
Digər xəbərlər

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla